Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1404/2023 25.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin inspektoru X4, Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, Bərdə Rayon Yol Patrul inspektoru X2 02 sentyabr 2023-cü il tarixli, EQ 16647313 saylı və 02 sentyabr 2023-cü il tarixli, EQ 16648499 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X3 barəsində Bərdə Rayon Yol Patrul inspektoru X5 tərəfindən tərtib edilmiş 02 sentyabr 2023-cü il tarixli, EQ 16647313 saylı və 02 sentyabr 2023-cü il tarixli, EQ 16648499 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X8ku “BMV X3” markalı ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 02 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Yevlax rayonundan Bərdə rayonu istiqamətində hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması maddəsi ilə bir gündə ayrı-ayrı protokol tərtib olunmaqla hər birinə 80 manat cərimə müəyyən edilmişdir. Bildirmişdir ki, o həmin əraziləri keçdiyi vaxtdan 3-4 saat sonra ona inzibati protokol tərtib edilmişdir. Protokol anında tərtib olunmadığına görə, tərtib olunmuş protokolda onun avtomobilinin şəkli aydın və şəffaf düşməyib və avtomobilinin dövlət qeydiyyat nişanını nəzarət kameralarından götürmüşlər. Nəzarət kamerasından çəkilmiş şəkillərin üzərində isə vaxtı və zamanı göstərilməmişdir. Həmçinin qeyd edir ki, avtomobili o idarə etsə də yol polis inspektoru bilərək hər iki protokolu oğlu X3 adına tərtib etmişdir. Xahiş etmişdir ki, onu qeydə alan nəzarət kameralarının parametrlərini DYP-nin əməkdaşları təqdim etsinlər. Baxsınlar nəzarət kamerası 300-500 metrlik məsafədən qeydə ala bilirmi. Ona məxsus avtomobilin dövlət qeydiyyat nişanının aydın şəkildə düşdüyü şəkil isə kamera altında çəkilmiş şəkildir. Həmin şəkil əgər nəzarət kamerası tərəfindən çəkilmiş olsaydı tarix və saat hökmən qeyd edilmiş olardı. Əlavə olaraq qeyd etmişdir ki, həmin ərazidə YPX əməkdaşları xidmət aparmamışdır. Həmin 13cü tağıma məxsus stasionar posta əyləşərək qərəzli fəaliyyətlə məşğuldurlar. Bundan başqa qərarlarda göstərilən inzibati xətanı oğlu X7 törətməmişdir. Əgər qeyd edilən tarixlərdə inzibati xəta törətsəydi bu barədə həmin vaxt ona məlumat verilməli idi. Məhkəmə iclasında şikayətçi X6 izahat verərək bildirmişdir ki, tərtib edilmiş protokol və qərarla razı deyildir. 02 sentyabr 2023-cü il tarixli, EQ 16647313 saylı və 02 sentyabr 2023-cü il tarixli, EQ 16648499 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Sözü gedən qərarlar tamamilə əsassız və qanunsuzdur. Polis işçiləri onu tanıyırlar, ona qarşı hörmətsizlik etməməli idilər. Onların rəisləri serjant olanda o, mayor rütbəsi daşıyırdı. Qanunlardan onlara dərs keçər. Belə olduğu halda, onu ümumiyyətlə saxlamalı deyildiər. Hesab edir ki, qərarların ləğv olunması üçün yetərincə əsaslar vardır. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin inspektoru X10 bildirdi ki, X6 yox, X7 02 sentyabr 2023-cü il tarixdə saat 15:39 radələrində Yevlax-Ağdam-Laçın yolunun 13.2-ci kilometrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Daha sonra yenidən 02 sentyabr 2023-cü il tarixdə saat 16:23 radələrində Yevlax-Ağdam-Laçın yolunun 5.8-ci kilometrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Tərtib edilmiş protokol və qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi X6 tərəfindən verilmiş şikayət üzrə mübahisələndirilən qərarların ləğv edilməsinə səbəb ola biləcək heç bir qanuni əsaslar göstərilməmişdir. İş materiallarında olan 02 sentyabr 2023-cü il tarixli, EQ 16647313 saylı qərardan görünür ki, X7 02 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 (qırx) manat cərimə edilmişdir. İş materiallarında olan 02 sentyabr 2023-cü il tarixli, EQ 16648499 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Şikayətçinin əvvəllər daxili işlər orqanlarında xidmət etməsi, yol polis əmədaşlarının onu tanımaları, ona “cərimə yazılması ona qarşı hörmətsizlik kimi” qiymətləndirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Odur ki, şikayətçinin əvvəllər daxili işlər orqanlarında xidmət etməsi onun qanunlardan üstün olması anlamını vermir. Məhkəmə xüsusi olaraq da qeyd edir ki, tətbiq edilən inzibati tənbehdən şəxs nəticə çıxarmalı olduğu halda hazırki iş üzrə şikayətçinin “mənə cərimə yazılması mənə qarşı hörmətsizlikdir” deməsi ümumiyyətlə qəbuledilməz bir haldır. Belə olduğu halda məhəmə hesab edir ki, iş materiallarında olan fotoşəkillərlə də X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin inspektoru X5 tərəfindən tərtib edilmiş 02 sentyabr 2023-cü il tarixli, EQ 16647313 saylı və 02 sentyabr 2023-cü il tarixli, EQ 16648499 saylı inzibati tənbeh vermə haqqında qərarlar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1404/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1404/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver