Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1405/2021 19.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1968-ci ildə Ağdam rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, evli, Ağdam şəhəri, Füzuli küçəsi 77-də qeydiyyatda olub, Bərdə şəhəri, N.Nərimanov küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 sentyabr 2021-ci il tarixdə yaşadığı evdə qonşusu Zərərçəkmiş şəxs ilə münaqişə edərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verib bildirmişdir ki, təxminən 6-7 ildir ki, Ağdam rayon 122 saylı məktəbində hərbi hazırlıq müəllimi işləyir. Zərərçəkmiş şəxs təxminən 3-4 ildir ki, tanıyır. Onun özünə məxsus Mercedes C200 markalı avtomobili vardır. Rəmzi ilə aralarında maşını evin qarşısında saxlamaq üstündə bir neçə dəfə mübahisələri baş vermişdir. 23.09.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evə qayıtdıqda evin qarşısında qonşusu Rəmzi ilə həyat yoldaşı Ellada Qurbanovanın sözlə mübahisə etdiklərini və Rəmzinin ona avtomobili harada saxlamalı olduğunu soruşduğunu görmüşdür. Onlara yaxınlaşmış və aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt qonşusu Kəmalə, Turanə və Naibə Rəmzinin qarşısına durmuş və Rəmzini aralayıb aparmışlar. Bundan sonra qonşuluqda yaşayan Ərşad adlı şəxs onlara yaxınlaşmış və Rəmzini oradan aparmışdır. Zərərçəkmiş şəxs bıçaqla vurmamış, onun əlində bıçaq olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, 22.09.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin qarşısında özünə məxsus avtomobili saxlamışdır. Həmin vaxt qonşusu Azər onun yanına getmiş və aralarında sözlə mübahisə yaranmışdır. Mübahisəyə səbəb isə onun avtomobili evin qarşısında saxlaması oİmuşdur. Lakin sonradan onlar aralaşıb öz yaşadıqları evə getmişlər. 23.09.2021-ci il tarixdə öz yaşadığı evdə olarkən qonşusu Azər adlı şəxs onun yaşadığı evə gəlmiş, evin qarşısında onunla mübahisə etmiş və mübahisə zamanı bıçaqla onun qoluna xəsarət yetirmişdir. Həmin hadisəni qonşuları Kəmalə, Turanə, Naibə və Ərşad görmüşdür. Məhkəmə inzibati xəta törətmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 23 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bərdə şəhəri, N.Nərimanov küçəsində, yaşadığı evdə qonşusu Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Lakin Bərdə rayon Polis şöbəsində araşdırma aparılarkən hadisə yerində olmuş şahidlər Turanə, Kəmalə, Naibə və Ərşad adlı şəxslər dindirilməmiş, işin halları tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs içtimai yerdə, ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxs üzərində zor tətbiq olunması ilə müşayət olunan hərəkətlər etməklə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Göründüyü kimi, Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin əlamətləri vardır. Azərbaycan Respublikasının İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsinin əlamətləri olmadığından Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, əməldə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin əlamətləri olduğundan materiallar prokurora göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 53, 85, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin əlamətləri olduğundan materiallar araşdırılması üçün Bərdə rayon Prokuroruna göndərilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1405/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1405/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver