Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1405/2022 02.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon prokurorluğunun nümayəndəsi X8, Zərərçəkmiş şəxs X15, Barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər X4, X16 və X5 iştirakları ilə, Şəxs MMC-in işçiləri X4, X16 və X5 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə rayon Prokurorluğundan daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxsn Mərkəzi Aran regional filialında elektromontyor vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan X22 21 iyun 2022-ci il tarixdə, təxminən saat 11-12 radələrində Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində yerləşən rabitə xəttinin keçdiyi ağac dirəyin üzərində təxminən yerdən 4 metr hündürlükdə dayanıb xidməti vəzifələrini icra edərkən həmin dirəyin aşması nəticəsində yerə yıxılmış və aşan dirək onun üzərinə düşmüşdür. Araşdırma zamanı isə elektro-montyor X15 əmək funksiyası ilə əlaqədar olaraq mütəmadi olaraq hündürlükdə işlər gördüyünə baxmayaraq, işçinin vaxtaşırı tibbi müayinədən keçirilməsi təmin edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-in nümayəndəsi X17 göstərdi ki, zərərçəkmişin daha öncə də belə xəsarətləri olub. Aldığı xəsarətlər illər öncəyə aid olan xəsarətlərdir. Bir neçə il əvvəl iş vaxtı xəsarət almış və qabırğaları sınmışdır. İş materiallarından da göründüyü kimi şəxs həmin xəsarətlə əlaqədar əlilliyə görə pensiya alır. Son yıxılmaya aidiyyatı yoxdur. Tərəflərindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilmişdir. Odur ki, iş üzrə xəta tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 bildirmişdir ki, onun bir qız, bir oğlan olmaqla, iki azyaşlı övladı vardır. Övladı 2010-cü il təvəllüdlü Fatimə Yusifovanın bud-çanaq nahiyələrində olan zədə ilə bağlı əziyyət çəkir. Ailəsi özü, həyat yoldaşı, atası, anası və iki övladı olmaqla, altı nəfərdən ibarətdir. O, 2004-cü il tarixdən X2 İT mühəndisi vəzifəsində işləməyə başlamış, 2021-ci ilin noyabr ayından Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsində Kommutasiya və Transmissiya sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. O, 2022-ci ilin aprel ayından 2022-ci ilin iyul ayının ortaların kimi Şöbə müdiri vəzifəsini müvəqqəti icra etmişdir. Onun X2 İT mühəndisi kimi əmək funksiyası İT təhlükəsizlik funksiyasının yerinə yetirilməsinə nəzarət etmək, təkmilləşdirmə üzrə təkliflər vermək, proqram təminatınlarında boşluqlarının aşkarlanması, informasiya sistemlərinin təhlil və mühafizəsi, əməliyyat sistemlərinin yazılması, bərpası, informasiya Təhlükəsizliyi şöbəsinin funksionalı ilə bağlı bilavasitə xidməti tapşırıqlarını yerinə yetirilməsindən ibarət olmuşdur. Hazırda Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsinin müdiri Samir Məmmədovdur. Cəmaləddin Yusifov izahatında əlavə olaraq bildirmişdir ki, X22 uzun müddət X2, yəni indiki Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsində işləmişdir, vəzifəsi elektro-montyordur. xx.xx.2022-ci il tarixdə Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsinin müdiri vəzifəsini o icra etmişdir. Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsinin müdiri vəzifəsini icra edərkən hündürlükdə işlərin təşkili və həyata keçirilməsi zamanı işlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təhlükəsizlik texnikasının mühəndisi Natiq Davudovla birlikdə iclaslar keçirmiş, əməyin mühafizəsi ilə bağlı təlimata digər işçilər kimi Səfər Əliyev də imza çəkmiş, iclaslarda iştirak etmişdir. Ərazidə olan rabitə xəttinin dirəklərinin təhlükəsizliyi, salamat olmalarının yoxlanılması təhlükəsizlik texnikasının mühəndisi Natiq Davudovun və sahə rəislərinin birbaşa öhdəliklərində olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 226-cı maddəsinə uyğun olaraq hündürlükdə işləri yerinə yetirən işçilər icbari ilkin (işə qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməli olmalarına baxmayaraq, onun tərəfindən dəfələrlə Səfər Əliyevə tibbi müayinədən keçirilməsi tapşırılsa da, Səfər Əliyev müayinədən keçməkdən imtina etmişdir. Səfər Əliyev maddi imkanının olmadığını bildirərək tibbi müayinələrdən boyun qaçırmışdır. Səfər Əliyev və digər bir neçə işçilərin vaxtaşırı tibbi müayinədən keçməkdən imtina etməsi ilə bağlı təhlükəsizlik texnikasının mühəndisi Natiq Davudov Şəxs Mərkəzi Aran regional filialına məlumat vermişdir. Müvafiq işçilərin vaxtaşırı tibbi müayinədən keçirilməsini Şəxs tərəfindən qarşılanması qaydası nəzərdə tutulmamışdır. Onun Bərdə şöbəsinin müdiri vəzifəsini icra etdiyi dövrdə xətt istismarı sektorunun müdiri işlə bağlı ərazi bölgüsü olmadan nasazlığın aradan qaldırılması üçün istənilən elekto-montyoru işə cəlb edə bilmişdir. Əvvəllər isə elektro montyor konkret ərazi üzrə fəaliyyət göstərmişdirlər. Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsində elektro-montyoru abunəçi tərəfindən əsaslı şikayət daxil olduqda, dirəklər dəyişildikdə, kabellərdə zədələr olduqda, kabellər dəyişildikdə hündürlükdə işlər görməlidir. Elektro-montyor birbaşa xətt istismarı sektorunun rəisinə tabe olmuşdur, şöbə müdiri isə ümumi nəzarəti həyata keçirmişdir. 21 iyun 2022-ci il tarixdə Səfər Əliyevə hündürlükdə işləməsi ilə bağlı naryad-buraxılış vərəqəsi yazılmamışdır. Ərazidə hündürlükdə işlərin yerinə yetirilməsi ilə bağlı elektro-montyordan başqa qeyd olunan hallarda sahə rəisinin iştirakı mütləq olmalıdır. Bundan başqa, işinin hallarına görə başqa mütəxəssislər də cəlb edilməsi nəzərdə tutulmuşdur. 21 iyun 2022-ci il tarixdə Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində Səfər Əliyevin hündürlükdən yıxılması barədə ona ilkin məlumatı ya Natiq Davud ya da Maarif Alıkişiyev vermişdir. 21 iyun 2022-ci il tarixdə Bərdə rayonu, Mirzalıbəyli kəndi üzrə abunəçilər tərəfindən Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsinə hər hansı bir şikayət, müraciət daxil olmamışdır. Həmin gün elektro-montyor Səfər Əliyev sahə rəisi Maarif Alıkişiyev ilə birlikdə kütləvi müraciət əsasında Bərdə rayonu, Mustafaağalı kəndinə getməli olmuşdurlar. Mustafaağalı E-ATS-də problem yaranmışdır. Həmin problem üçün də hündürlüyə çıxmağa ehtiyac olmamışdır. Onun özü də, Səfər Əliyevin, sahər rəisinin nə üçün Mirzalıbəyli kəndinə getmələrini bilməmişdir. Sahə rəisi Marrif Alıkişiyevə və montyor Səfər Əliyevə onun tərəfindən belə bir təlimat verilməmişdir. 21 iyun 2022-ci il tarixdə şöbənin elektro-montyoru X24 rayonu, Mirzalıbəyli kəndi ərazisində hündürlükdə işləyəcəyi, işləməsi barədə onun əvvəlcədən məlumatı olmamışdır. Həmin ərazidə işlərin görülməsi ilə bağlı plan olmamışdır. Həmin ərazi üzrə yeni kabelləşmə sistemi çoxdan yekunlaşdırılmışdır. Kabeldə isə heç bir problem olmamışdır. Əgər olsaydı, montyor abunəçi qutusundan və ya ATS-dən yoxlayıb nasazlığın aradan qaldırılması mümkün olmuşdur. 21 iyun 2022-ci il tarixdə şöbənin elektro-montyoru X24 rayonu, Mirzalıbəyli kəndi ərazisində nə üçün hündürlükdə işləməsini bilməmişdir. Onun belə bir təlimatı olmamışdır. Həmçinin hansısa bir abunəçidən şikayət daxil olsaydı, onun məlumatı olardı, elekto montyor isə yolun digər tərəfindəki yeni çəkilmiş dəmir dirəkləri ilə aparılan kabellərə baxış keçirərdi. Səfər Əliyevin çıxdığı ağac dəriyindən keçən rabitə xətti abunəçinin istifadəsindən kabelləşmə sistemi yekunlaşdırıldıqdan sonra çıxarılmışdır. Səfər Əliyevin üzərinə çıxdığı ağac dirək Şəxs mülkiyyətində olmuşdur. Səfər Əliyevə təhlükəsizlik tərbirləri üçün lazımı avadanlıqlar verilmişdir. Vaxtlı-vaxtında dirəklərin salamatlığına, yararlı olub-olmamasına nəzarətə görə təhlükəsizlik texnikası mühəndisi və sahə rəisi cavabdeh olmuşdur. Lakin baş vermiş hadisədə zərərçəkmiş şəxs özü təhlükəsizlik qaydalarını pozmuşdur. Barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 bildirmişdir ki, o, 1987-ci il tarixdən 2009-cu ilə kimi X14 müxtəlif vəzilərdə işləmiş, 2009-cu il tarixdən etibarən isə Şəxs indiki Mərkəzi Aran regional filialında işləməyə başlamış və hazırda Xətt sektorunun mühəndisi vəzifəsində çalışmıdşır. Şəxs Mərkəzi Aran regional filialında xətt elektro-montyor vəzifəsində işləyən X19 tanımışdır, o, Səfər Əliyevlə uzun müddətdir ki, birlikdə işləmişdir. Xətt sektorunun mühəndisi əvvəllər sahə rəisi adlandırılmışdır. Sahə rəisinin bütün vəzifələrini xətt sektorunun mühəndisi vəzifəsi adı altında o icra etmişdir. O, xətt sektorunun mühəndisi kimi rabitə xətlərinin cari təmiri, işləməyən abunə nömrələrinin bərpası, xətt dirəklərinin qaydasına qoyulması, yenilənməsi işlərinə baxmışdır. Belə ki, 21 iyun 2022-ci il tarixdə işləməyən nömrələrlə bağlı Bərdə rayonu, Mirzalıbəyli kəndinin abunəçiləri tərəfindən Şəxs Mərkəzi Aran regional filialına şikayət daxil olmuşdur. Həmin şikayət əsasında həmin ərazidə təmir işlərinin yerinə yetirilməsi üçün elektro-montyor Səfər Əliyev, kabelçi Elşad İbadov və o, özünə məxsus “VAZ 2106”markalı, **-BA-*** dqlı avtomobil ilə Bərdə rayonu, Mirzalıbəyli kəndinə getmişdirlər. Şikayət olunan ərazidə kabeli dirəkdən açaraq yerə endirib, yerdə kabelçi Elşad İbadov tərəfindən nasazlığın tapılması üçün elektro-montyor Səfər Əliyev rabitə xəttinin keçdiyi ağac dirəyə çıxmışdır. Səfər Əliyev ağac dirəyə çıxan zaman əynində “qokti” adlandırılan dəmir ayaqcıqdan, kəmərdən və rabitə gödəkcəsi olsa da, kaskadan, yəni başını qorumaq üçün xüsusi papaqdan istifadə etməmişdir. Səfər Əliyevin rabitə xəttini ayrıması üçün üzərinə çıxdığı ağac dirəyin yerdən uzunluğu təxminən 5 metr olmuşdur. Səfər isə dirəyin tam baş hissəsində yox, təxminən yerdən 4 metr hündürlükdə dayanıb xətti ayırmağa çalışmışdır. Səfər Əliyev xətti ayıran kimi yola aşan dirəklə birlikdə yerə düşmüşdür. O həmin vaxtı həyacanlandığından Səfərin ağac dirəyin altında qalıb qalmadığını dəqiq xatırlamışdır. Səfər yerə yıxıldıqdan dərhal sonra o, X21 köməkliyi ilə avtomobilinə mindirmiş və Bərdə rayon Diaqnostika mərkəzinə aparmışdır. Səfər Əliyevin yıxılması ilə bağlı həmin vaxt filial müdiri vəzifəsini icra edən Cəmaləddin Yusifova məlumat vermişdir. 21 iyun 2022-ci il tarixdə Səfər Əliyevin üzərində çıxdığı ağac dirək dibindən, yəni torpaqla təmasda olan hissəsindən aşmışdır. Görünür elə dirəyi saxlayan rabitə xətti və məftil olmuş, onların hər ikisi dirəkdən ayrıldığı an dirək aşmışdır. Həmin dirəyin ümumi uzunluğu təxminən 6 metr olmüş, 1 metr yerin altına basdırılmışdır. Çöldə qalan hissəsi isə 5 metr olmuş, Səfər isə yerdən təxminən 4 metr hündürlükdə dayanıb işləmişdir. Rabitə xətlərinin aparıldığı dirəklərin nasaz olub olmadıqlarının vaxtı-vaxtında yoxlanılmasına Şəxs Mərkəzi Aran regional filialında Bərdə şöbəsinin texniki təhlükəsizlik üzrə mühəndisi X18 nəzarət etmişdir. X5 izahatı alınan zaman bildirmişdir ki, 21 iyun 2022-ci il tarixdə Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsinin müdiri vəzifəsini X6 icra etmişdir. 21 iyun 2022-ci il tarixdə Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsində xətt sektorunun müdiri Elşən Qarayev olmuşdur. Elektro-montyor xətt sektorunun müdirinə tabe olmuşdur. Həmin vaxt Elşən Qarayev ona Bərdə rayonu, Mirzalıbəyli kəndində rabitə xəttində yaranan problemin aradan qaldırılması üçün göstəriş vermişdir. Bunun əsasında da, o, kabelçi və elektro montyorla Mirzalıbəyli kəndində getmişdir. 21 iyun 2022-ci il tarixdə elektro montyorun konkret olaraq ərazisi olmamışdır. Şəhərdə olan elektro montyor xətt istismar müdirinin göstərişi ilə istənilən ərazidə işləyə bilmişdir. 21 iyun 2022-ci il tarixdə Səfər Əliyevin hündürlükdə işləməsi ilə bağlı naryadburaxılış vərəqəsi olmamışdır. O, X3 rayon prokurorluğuna vermiş olduğu izahatında 21 iyun 2022-ci il tarixdə Bərdə rayonu, Mirzalıbəyli kəndi üzrə abunəçilər tərəfindən Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsinə hər hansı bir şikayət, müraciət daxil olmadığını, həmin gün elektro-montyor Səfər Əliyev sizin ilə birlikdə kütləvi müraciət əsasında Bərdə rayonu, Mustafaağalı kəndinə getməli olduğunu, Mustafaağalı E-ATS-də problem yarandığını, həmin problem üçün də hündürlüyə çıxmağa ehtiyac olmadığını, özünün də Səfər Əliyevin onun tərəfindən nə üçün Mirzalıbəyli kəndinə aparıldığını bilməməsi, ona belə bir təlimat verməməsi ilə bağlı göstərdiyi xüsusatlara cavab olaraq bildirmişdir ki, kabelçinin, elektro mantyorun hansı ərazi üzrə bölünməsinə xətt istismar sektorunun müdiri baxmışdır. Cəmaləddin Yusifov onun hansı əraziyə gedib işləyəcəyimi bilməyə bilər. Çünki bölgü xətt istismar müdiri tərəfindən aparılmışdır. Səfər Əliyevin üzərinə çıxdığı ağac dirək Şəxs mülkiyyətində olmuşdur. Montyorda əl qarmağı olmamış, kaska isə verilməmişdir, o, ümumiyyətlə montyorlarda əl qarmağı və kaska görməmişdir. Ərazidə dirəklərin salamatlığı, yararlı olub-olmamasına sahə rəisi və təhlükəsizlik texnikası mühəndisi nəzarət etmişdir. Belə ki, Səfər Əliyev ağac dirəyə çıxmamışdan əvvəl dirəkdə hər hansı bir çürümə, aşma təhlükəsi görünməmişdir. Səfər Əliyev dirəyə çıxanda da əvvəlcə heç bir təhlükə hiss olunmamışdır. Səfər Əliyev ağac dirəyə çıxmamışdan əvvəl dirəyin yararsız olub-olmamasını o, əli ilə dirəyi silkələyərək yoxlamışdır. X28 heç kimdən, hətta onun özündən də sonuncu məftilin kəsilməsi ilə bağlı göstəriş almamışdır. Barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X16 bildirmişdir ki, o, o, 1990-cı il tarixdən 1995-ci il tarixə kimi Azərbaycan Texniki Universitetində kabel izolyasiya kondensator texnikası fakültəsində ali təhsil almış, ilk əmək fəaliyyətinə hərbi sahədə zabit kimi başlamış və 3 il artilleriya divizyonunda tağım komandiri olmuşdur. O, 2001-ci il tarixdə X1 mühəndis kimi işləməyə başlamış, 2001-ci il tarixdən 2019-cu il tarixə kimi həmin qovşaqda baş mühəndis vəzifəsində işləmişdir. O, 2019-cu il tarixdən 2021-ci il tarixə kimi Goranboy rayon Subartezian quyularının istismarı idarəsində mühəndis vəzifəsində işləmişdir. O, 2021-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsində xətt qurğuları istismarı sektorunun müdiri vəzifəsində işləmişdir. O, X22 tanımışdır, o, 2021-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi MARF-nin Bərdə şöbəsində Bərdə şöbəsində xətt qurğuları istismarı sektorunun müdiri vəzifəsində işləyərkən Səfər Əliyev də həmin şöbədə elektro montyor vəzifəsində işləmişdir. 21 iyun 2022-ci il tarixdə Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsinin müdiri vəzifəsini X6 icra etmişdir. O, Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsində xətt qurğuları istismarı sektorunun müdiri vəzifəsində işləyərkən hündürlükdə işlərin təşkili və həyata keçirilməsi zamanı işlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinə dair təlimatlar keçirilmiş və işçilər təlimatlarla tanış edilmişdirlər. O sektor müdir işlədiyi dövrdə Səfər Əliyevin tibbi müayinədən keçib-keçməməsi ilə bağlı onun məlumatı olmamışdır. Elektro montyor üçün konkret ərazi mövcud olmamışdır. Elektro montyor problemin yarandığı istənilən yerdə işləyə bilmişdir. Elektro-montyor xətt təsərrüfatında olan xətt zədələrinin, nasazlıqlarının aradan qaldırılması zamanı əraziyə gedərək hündürlükdə işləyə bilmişdir. Bərdə şöbəsinin xətt qurğuları istismarı sektorunda müdir, mühəndis, yəni sahə rəisi, kabel lehimləyicisi, elektor-montyor vəzifələri olmuşdur. Onun işlədiyi dövrdə 2 mühəndis olmuş, mühəndislərdən biri də Maarif Alıkişiyev olmuşdur. Sektordakı kabel lehimləyicisi və elektor-montyorlar birbaşa mühəndisə tabe olmuşdurlar. Mühəndis isə xətt sektorunun müdirinə tabe olmuşdur. Yəni kabel lehimləyicisi, elektor-montyorlar ilə mühəndis arasında tabelik münasibətləri olmuşdur. Xətt sektorunun müdiri kimi o, ümumi nəzarəti həyata keçirmişdir. Abunə şöbəsinə və SİNS proqramına daxil olmuş müraciətlər Kross texniki tərəfindən kompyutet texnikasından çıxarılaraq xətt mühəndislərinə paylanılmışdır. Həmin siyahı əsasında xətt mühəndisi nasazlığı aradan qaldırmaq üçün kabel lehimləyicisini, elektor-montyoru özü ilə həmin problemli yerə aparmışdır. Naryad-buraxılış vərəqəsi tərtib olunmamışdır. 21 iyun 2022-ci il tarixdə Səfər Əliyevə hündürlükdə işləməsi ilə bağlı naryad-buraxılış vərəqəsi yazılmamışdır. Ərazidə hündürlükdə işlərin yerinə yetirilməsi ilə bağlı elektro-montyordan başqa paylayıcı qutuda hər hansı bir xətt zədəsi olduqda kabel meydançasında kabel lehimləyicisi həmin xətanı aradan qaldırması üçün işə cəlb olunmuşdur. 21 iyun 2022-ci il tarixdə Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində Səfər Əliyevin hündürlükdən yıxılması barədə ona ilk məlumatı Maarif Alıkişiyevin vermişdir. 21 iyun 2022-ci il tarixi üçün Bərdə rayonu, Mirzalıbəyli kəndindən müraciət daxil olmuşdur. Ancaq həmin müraciətin SİNS proqramında bu günə kimi qalıb-qalmaması ilə bağlı dəqiq bir söz deyə bilməmişdir. Adətən nasazlıq aradan qaldırıldıqdan sonra SİNS proqramından daxil olan müraciəti ləğv edilmişdir. Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində yeni quraşdırılmış fiber optik rabitə kabeli hələ ki istifadəyə verilməmişdir. Səfər Əliyevin üzərinə çıxdığı ağac dirək Aztelekom MMC-nin mülkiyyətində olmuşdur. Aztelekom MMCnin elektro montyoru əməyin mühafizə qaydalarına uyğun olaraq ayaq caynağı, xüsusi geyim və bel kəmərindən istifadə etmişdir. Kaska və əl caynaqlardan istifadə nəzərdə tutulmamışdır. Ərazidə dirəklərin yararlılığına, salamatlığına cavabdeh xətt qurğularının istismarı sektorunun mühəndisi olmuşdur. Mühəndis elektor montyor dirəyə çıxmamışdan əvvəl dirəyin sağlamlığını yoxlamalıdır. Səfər Əliyev kabelin üzərində olan trosu kəsdiyi üçün dirək aşmışdır. Kabeli torsu açmadan yolun digər tərəfində olan dirəklərlə aparmaq mümkün olmamışdır. 21 iyun 2022-ci il tarixdə Bərdə şöbəsinin müdirinə işçiləri Bərdə rayonu, Mirzalıbəyli kəndinə göndərməsi ilə bağlı məlumat verib-vermədiyini dəqiq xatırlamamışdır. X15 2-ci qrup əlillik dərəcəsinin olması barədə əvvəlcədən məlumatı olmamışdır. Təlimata əsasən mühəndis sektor müdirinə, elektor montyor isə ərazidə işləyən zaman mühəndisə tabe olmalıdır. Lakin Səfər özü ehtiyatsızlıq edərək məftili kəsmiş və bunun nəticəsində yıxılmışdır. Barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X22 bildirmişdir ki, o, 1992-ci il tarixdən etibarən Bərdə rayon Rabitə Qovşağında, yəni indiki adı ilə Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsində elektro-montyor vəzifəsində işləmişdir. Onun vəzifəsi Bərdə rayonu ərazisində yeraltı və yerüstü rabitə xətlərinin çəkilməsi və texniki təmirindən ibarət olmuşdur. Onun aylıq əmək haqqı 340 manat təşkil etmişdir. Belə ki, 21 iyun 2022-ci il tarixdə səhər işə gedib işçilərin gündəlik işə davamiyyəti jurnalına imza çəkmiş, həmin vaxt Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsinin müdiri vəzifəsini Cəmaləddin adlı şəxs icra etmişdir. O, işə getdikdən bir neçə saat sonra sahə rəisi Marif Alıkişiyev ona Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində rabitə xəttinin nasaz olduğunu və nasaz xətti təmir edilməli olduğunu bildirmişdir. O, Marifə məxsus “VAZ-21011” marklı, ağ rəngli avtomobil ilə Bərdə rayonu, Mirzalıbəyli kəndinə, texniki nasazlıq olan yerə getmişdir. Onlarla birlikdə Mərkəzi Aran regional filialının Bərdə şöbəsinin digər işçisi, öz aralarında vəzifəsini “kabelşik” adlandırdıqları Elşad İbadov da getmişdir. Təxminən saat 11-12 radələrində o, Elşad və Mariflə birlikdə Bərdə rayonu, Mirazlıbəyli kəndinə, texniki nasazlıq olan yerə çatmışdır. O, dirəyə çıxmaq üçün ayağına xüsusi ayaqqabı geyinmiş və əvvəlcə beton dirəyə çıxmışdır. Həmin dirəkdə olan rabitə xətlərini yoxlayıb orada nasazlıq aşkar etmədiyi üçün həmin xətti kəsib yerə salmış, özü isə aşağı düşmüşdür. Sonra həmin küçədə birinci dirəkdən təxminən 40-50 metr aralıda olan ağac dirəyə çıxmışdır. Onun məqsədi dirəklərdən rabitə xəttini ayırıb ağac və kolların mane olmayacağı yerdən yenidən rabitə xəttini çəkməkdən ibarət olmuşdur. Həmin ağac dirəyin yerdən hündürlüyü təxminən 5 metr olmuşdur. O, ağac dirəyin üzərində olarkən məftili və kabeli sökmüşdür. Həmin ağac dirəyi ayaqda saxlayanın sökdüyü məftil və rabitə xətti olduğunu bilməmişdir. Məftildən sonra rabitə xəttini sökərkən ağac dirəyi aşmış və o da yerə yıxılmış, dirək onun sinəsinə düşmüşdür. Bu hadisədən sonra o, gözlərini açdıqda Maarifin avtomobilində olmuş və Elşadla Marif onu Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışdırlar. O, Bərdə rayon Diaqnostika Mərkəzinə təxminən 1 saat qalmış, həkimlər ona ağrıkəsici dərman ineksiya etmiş, başının orta nahiyəsində olan yaranı tikmişlər. O, ailə qurmadığı üçün, övladı, həyat yoldaşı olmadığı üçün xəstəxanada ona heç kimin baxmayacağını, qulluq göstərməyəcəyini yəqin edib həkimlərin qalmasını istəmələrinə baxmayaraq, öz evinə getmişdir. O, hazırda da Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsində elektromontyor vəzifəsində işləyir, ancaq əvvəlki kimi səhhəti yerində deyil. Səfər Əliyev izahatında əlavə olaraq bildirmişdir ki, o, 21 iyun 2022-ci il tarixdə, təxminən saat 11-12 radələrində Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində yerləşən rabitə xəttinin keçdiyi ağac dirəyindən yıxılmamışdan əvvəl yerdən təxminən 4-5 metr hündürlükdə dayanmışdır. O, aşan ağac dirəyinə çıxdığı zaman təhlükəsizlik tədbirləri üçün kəmər və dirəyə çıxmaq üçün xüsusi ayaqqabıdan istifadə etmiş, bundan başqa təhlükəsizlik tədbirləri üçün üzərində hər hansı qoruyucu vasitə olmamışdır. Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsində texniki təhlükəsizlik üzrə mühəndis X10r. 21 iyun 2022-ci il tarixdə, təxminən saat 11-12 radələrində Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində yerləşən rabitə xəttinin keçdiyi aşan ağac dirək Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsinin balansındadır və rabitə xətləri üçün nəzərdə tutulmuşdur. 21 iyun 2022-ci il tarixdə, təxminən saat 11-12 radələrində Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində yerləşən rabitə xəttinin keçdiyi ağac dirəyin aşması nəticəsində yerə yıxılarkən o, baş, sağ qolu, ciyinləri və qabırğasının sağ hissəsi nahiyələrindən xəsarət almışdır. O, 21 iyun 2022-ci il tarixdə rəsmi şəkildə işdə olmuşdur. 21 iyun 2022-ci il tarixdə Şəxs Mərkəzi Aran regional filialının Bərdə şöbəsinin Xətt istismarı sektorunun mühəndisi, sahə rəisi Maarif Alıkişiyev məni Mirzalıbəyli kəndinə rabitə xəttinin təmiri üçün aparmış və o, Maarif Alıkişiyevin göstərişi ilə ağac dirəyə çıxmışdır. O, aşan ağac dirəyə çıxmamışdan əvvəl sahə rəisi dirəyin yararlı olub-olmadığını yoxlamamış, sahə rəisi Maarif dirəkdən 5-6 metr aralı məsafədə durmuşdur. O, dirəyə çıxanda heç bir problem hiss etməmişdir. O, dirəyin başında durub işləmiş, o, naqili dirəkdən ayırdıqdan sonra dirəklə birlikdə yerə aşmışdır. Məftillərin kəsilməsi ilə bağlı heç kimdən göstəriş almamışdır. Onun heç kimdən şikayəti və tələbi yoxdur. Dirək yoxlanılmışdır. Təhlükəsizlik tədbirləri görülmüşdür. Buna görə də təqsirləndirilən şəxslərin səhvi yoxdur. Dirək onun naqili kəsməsi səbəbindən yıxılmışdır. Naqili kəsməyi isə ona heç kim tapşırmamışdır. Özü kəsmişdir. Heç bir şikayətim yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclas zalında Bərdə rayon prokurorluğunun nümayəndəsi X13 barəsində inzibati icraat aparılan şəxslərin məsuliyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 10 yanvar 2017-ci il tarixli Bərdə TKQ-nin sahə montyorlarının vəzifə təlimatına əsasən montyor sahə rəisi, baş mühəndis və rəisin tapşırıqlarını icra etməlidir. Montyor müəssisənin rəisinə və baş mühəndisə tabedir. Qeyd olunan təlimatda montyorun dirəyə çıxmazdan əvvəl həmin dirəyin nasaz olub-olmamasını yoxlaması kimi bir öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni: 198.1.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə; 198.1.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə; 198.1.3. bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına; 198.1.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə; 198.1.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə; 198.1.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə; 198.1.7. işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə; 198.1.8. kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməməsinə; 198.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməməsinə; 198.1.10. maşın və avadanlıqların fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən təchiz edilmiş mühafizə qurğuları olmadan istismar edilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Lakin iş materiallarından, alınmış izahatlardan və zərərçəkmiş şəxs X22 tərəfindən verilmiş ərizədən də müəyyən olunur ki, zərərçəkmiş şəxsin işlədiyi dirək normal və saz vəziyyətdə olmuş, zərərçəkmiş şəxs heç kimdən göstəriş almadan naqilləri kəsmiş və bunun nəticəsində dirək aşmışdır. Beləliklə, məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin işçiləri olan X4, X16 və X5 əməllərində inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs MMC-nin işçiləri olan X4, X16 və X5 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətləri olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verislin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1405/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1405/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver