Məhkəmə qərarları › İş №3(021)-1406/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1406/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1406/2022 04.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X3 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1955-cı il tarixdə, Ağdərə rayonu İM Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Tərtər rayon Çardaxlı kəndində qeydiyyatda olmaqla Bərdə rayon Mehdixanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 590.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində (bundan sonra Bərdə RPŞ) 04 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1694-cü il istehsalı İJ 17 markalı, təklüləli, 16 kalibrli, B 03699 nömrəli mülki ov silahını əldə edərək yaşayış evinə saxlamışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X6 bildirdi ki, Bərdə RPŞnin İTB-nin sahə rəisi, polis mayoru Əliyar Həziyev raportla xx.xx.2022-ci il tarixdə məruzə edərək Bərdə rayon Mehdixanlı kəndində yaşayan X5 yaşadığı evdə qanunsuz olaraq 1964-cü il istehsalı 16 kalibrli "İJ 17" markalı təklüləli B 03699 nömrəli qanunsuz mülki ov silahını saxlamasını müəyyən etməsini həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmiş, həmin məlumat əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X7 müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış qanunsuz olaraq 1964-cü il istehsalı, İJ 17 markalı təklüləli, 16 kalibrli, B 03699 nömrəli mülki ov silahını əldə edərək yaşayış evində saxlamışdır. X5 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-in 590.2-ci maddəsi ilə tədbir görlməsi üçün qərar Bərdə RPŞ-nin İTB –nə verilmiş və tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 04 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iş üzrə inzibati xəta törətmiş şəxs Şəxs bildirdi ki, o, Tərtər rayonu Çardaqlı kəndindən məcburi köçkün olaraq Bərdə rayon Mehdixanlı kəndində yaşayır. X1 ona miras olaraq bir ədəd mulki ov silahı qalmışdır. Həmin silaha dair heç bir sənəd olmamışdır. Həmin silahla heç zaman atəş açmamış, hər hansı bir cinayətin törədilməsində istifadə etməmiş, yaşadığı evdə saxlamışdır. Hazirda əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN №1588029 nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə müvadiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1694cü il istehsalı İJ 17 markalı, təklüləli, 16 kalibrili, B 03699 nömrəli mülki ov silahını əldə edərək yaşayış evinə saxlamışdır. Bərdə rayon Polis Şöbəsinin cinayət işini başlanmsının rədd olunması haqqında 18 avqust 2022-ci il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Əliyar Həziyev raportla xx.xx.2022-ci il tarixdə məruzə edərək Bərdə rayon Mehdixanlı kəndində yaşayan Şəxs yaşadığı evdə qanunsuz olaraq 1964-cü il istehsalı 16 kalibrli "İJ 17" markalı təklüləli B 03699 nömrəli qanunsuz mülki ov silahını saxlamasını müəyyən etməsini həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmiş, həmin məlumat əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X7 müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış qanunsuz olaraq 1964-cü il istehsalı, İJ 17 markalı təklüləli, 16 kalibrli, B 03699 nömrəli mülki ov silahını əldə edərək yaşayış evində saxlamışdır. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından icazə almadan mülki silah əldə etmiş, saxlamış və daşımışdır. Odur ki, onun barəsində Bərdə rayon Polis Şöbəsində İXM-in 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun xəta törətdiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin əməlində əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Belə olan halda, İXM-in 590.2-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə inzibati cərimə tənbehinin tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində silah və döyüş sursatı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1694-cü il istehsalı İJ 17 markalı, təklüləli, 16 kalibrli, B 03699 nömrəli mülki ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə və Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar