Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1408/2023 25.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi X10 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 20 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 20 aprel 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Həsənli kəndində yaşayır, ikinci Qarabağ müharibəsi qazisidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regianal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 31 avqust 2023-cü il tarixdə onun ünvanına məktub göndərərək 20 aprel 2023-cü il tarixdə tövləsinin kanalzasiya suyunun Qarabağ kanalına axıtdığını əsas gətirərək barəsində 600 manat cərimə yazılmışdır. Bundan onun xəbəri olmamıdır. Hazırda həmin cərimənin üzərinə 360 manat dəbbə pulu hesablanaraq cəmi 960 manat cərimə hesablanmışdır. Bildirmişdir ki, həmin akt qanunsuz və qeyri obyektivdir. Belə ki, onun həyətində olan çirkab sular Qarabağ kanalına axmamışdır və o təbiətə heç bir ziyan vurmamışdır. O bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regianal Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmişdir və ona bildirilmişdir ki, texniki səhv olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regianal Ekologiya və X13 protokolunundan və tərtib edilmiş qərarından məlumatı 31 avqust 2023-cü il tarixdə olmuşdur. X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclas zalına gəlməmişdir. Məhkəmə şikayətçinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi X12 bildirdi ki, X3 rayon Alpoud kənd ərazisində yerləşən, ona məxsus “Starmarket” və ət kəsim məntəqəsində formalaşan çirkab suları Yuxarı Qarabağ kanalına axıtmaqla su obyektlərinin mühafizəsi qaydalarını pozmuşdur. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də barəsində 20 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuşdur. Tərtib edilmiş protokol və qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, hazırki şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması şikayət və ya protestin olduğu təqdirdə mümkündür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: - hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; - kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; - səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 137-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-c maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi, X6 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar 20 aprel 2023-cü il tarixdə qəbul edilsə də, X6 şikayətində qərarın ona 31 avqust 2023-cü il tarixdə poçtla çatdığını bildirsə də, o, 20 aprel 2023-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan 10 gün şikayət müddətini ötürərək 14 sentyabr 2023-cü il tarixdə məhkəməyə şikayət vermişdir. İnzibati xəta haqqında materiala baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərardan şikayət müddəti keçmişdir. Nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxılması barədə heç bir vəsatət olmadığından hazırki şikayətə baxılması mümkün deyil. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X6 barəsində olan inzibati xəta haqqında material Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, inzibati tənbehin tətbiq edilməsi barədə qərardan şikayət verilmə müddəti ötürüldüyündən və müddətin bərpa edilməsi barədə vəsatət verilmədiyindən şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutub, QƏRARALDİ X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 20 aprel 2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan vermiş olduğu şikayət X5 qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1408/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1408/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver