Məhkəmə qərarları › İş №3(021)-141/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-141/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-141/2024 01.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi Məmmədov Asəf Yaşar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN №-1291220 saylı qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regonal şöbəsinin xx.xx.2024-cü il tarixli MN №-1291220 saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarına Əsasən İXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X5 məhkəməyə şikayət verərək barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN №-1291220 tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional şöbəsi ona xx.xx.2024-ci il tarixdə ******* saylı protokol yazaraq İXM-nin 539.1-1 ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi barədə İXM- nin 114.1.1 maddələrini rəhbət tutaraq ona 1000 manat cərimə protokolu yazmışdır. Həmçinin sözgedən protokola xx.xx.2024-ci ildə MN No ******* saylı qarar qəbul etmişdir. Qərarı xx.xx.2024-cü il tarixdə aldmışdır. Hesab edir ki sözgedən qərar ləğv edilməlidir. Beləki, sözgedən protokol əsassız yazılıb çünki həmin protokolun əsaslandırılan hissəsi müəllimə X3 müqaviləsində yanlışlığa yol verilərək yazılı əmək müqaviləsində musiqi müəlimi yazılmaq əvəzinə musiqi tərbiyəçisi yazılmışdır. Hesab edir ki, elementar texniki səhvə görə ona qarşı xəbərdarlıq edilmədən həmin texniki səhvə düzəliş edilməsi barədə heç bir göstəriş vermədən 460 manat əmək haqqı alana 1000 manat cərimə yazılması ədalətsiz və haqsızlıqdır. Himayəsində azyaşlı övladı var. Əmək müfətişliyi qərar qəbul edərkən onun vəziyyətini ,himayəsində azyaşlı övladının olmasını və illərdir obyektiv işləməyini nəzərə almamışdır. Ona görə də hesab edir ki sözgedən qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi X5 şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regonal şöbəsinin xx.xx.2024-cü il tarixli MN №- 1291220 saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. O, həmçinin məhkəmə iclasında bildirdi ki, əvvəlllər uşaq bağçaları rayon İHB-nın tabeliyində olmuş, 2021-ci ildən bu sistemə dəyişiklik olaraq uşaq bağşaları Təhsil İdarələrinin balansına keçmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi Məmmədov Asəf Yaşar oğlu şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN №-1291220 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş AZE №-16989591 saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1982-ci ildə Abşeron rayon Güzdək kəndində anadan olmuşdur. Bərdə rayon Gərənə kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN №-1291220 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Əmək və Məşğulluq altsistemindən çıxarılmış elektron əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində işçi X3 xx.xx.2019cu il tarixli əmək müqaviləsi üzrə vəzifəsi vəzifəsi “musiqi rəhbəri” yazılmışdır İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsindən (Kontraktı) görünür ki, X7 ilə bağlanmış müqavilədə işçinin vəzifəsi “musiqi tərbiyəçisi” yazılmışdır İş materiallarında olan Əmək və Məşğulluq altsistemindən çıxarılmış elektron əmək müqaviləsi bildirişində işçi X3 xx.xx.2022-ci il tarixli əmək müqaviləsi üzrə vəzifəsi “musiqi müəllimi” yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, işçi Nərgiz Mafkuri xx.xx.2019-cu il tarixdə Bərdə şəhər 10 saylı körpələr evi uşaq bağçasına işə götürülərkən vəzifəsi musiqi rəhbəri, xx.xx.2022-ci il tarixdə vəzifəsi musiqi müəllimi kimi əmək müqaviləsi bildirişi sisteminə daxil edilmişdir. Həmçinin müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli əmək müqaviləsi üzrə vəzifəsi müqavilədə musiqi tərbiyyəçisi kimi qeyd edilmişdir. Protokol isə ona görə tərtib olunmuşdur ki, İXM-nin 539.1-1-ci maddəsi üzrə, yəni əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı və s bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası NK-nin 2 oktyabr 2012-ci il tarixli 218 saylı qərarının 5.1.4-ci bəndinə əsasən, məktəbəqədər təhsil prosesinin iştirakçıları təhsilverənlər (pedaqoji işçilər) dedikdə - tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar nəzərdə tutulmuşdur. Göründüyü kimi nə musiqi müəllimi, nədə ki, musiqi tərbiyyəçisi həmin qərarda pedaqoji işçilər sırasına daxil edilməmişdir. Musiqi müəllimi, musiqi tərbiyyəçisi kimi sənədlərin rəsmiləşdirilməsini məhkəmə texniki səhv kimi qiymətləndirir. Belə ki, musiqi müəllimi, musiqi tərbiyyəçisi yazılması yeni əmək vəzifələri və münasibətləri yaratmır. Bu isə öz növbəsində İXM-nin 539.1-1-ci maddəsinin tərkib əlamətini yaratmır. Belə ki, həmin maddənin dispozisiyasından müəyyən olunur ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliuyyət yaradır. Hazırkı işin hallarında əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və s hallar mövcud deyildir. Belə ki, əməlin tövsifi dedikdə törədilən konkret əməlinin cəhətləri ilə hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Həmçinin İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırkı işin hallarında X2 əməlində İXM-nin 539.1-1-ci maddəsinin tərkib əlaməti yoxdur. Həmçinin həmin əmələ görə İXM-də hər hansı bir məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, X5 nın təqsiri sübuta yetmədiyindən o, təqsirsiz hesab edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN №-1291220 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN №-1291220 saylı qərarı ləğv edilsin. X2 barəsində İXM-in 539.1-1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar