Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-141/2025 13.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X4 Bölməsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxslər X10, X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, qanuni nümayəndəsi X3, müdafəçi X11 iştirakı ilə, xx.xx.2008-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “20 yanvar” kafesində xırda xuliqanlıq edib və polisin qanuni tələbini pozmuşdur . Məhkəmə iclasında Bərdə Rayon Polis X4 Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında göstərdi ki, 12 mart 2025-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinə “20 yanvar” kafesində Şəxs və X8 bir birləri ilə sözlü mübahisə edərək, ictimai yerdə uca səslə, nalayiq ifadələr işlətmişdir, söyüşlər söymüşdür. Həmin vaxtı ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, intizama dəvət etmiş, nalayiq ifadələr işlətməməsini demiş, lakin Şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmamış, hərəkətlərini davam etdirmiş, Polisin, dövlətçiliyin ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də onu izahat vermək üçün polis şöbəsinə dəvət etmiş, izahatı alınmışdır. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat X15 göstərdi ki, 12 mart 2025-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində xidmətdə olan zaman Şəxs bir necə nəfərlə mübahisə edərək, uca səslə nalayiq ifadələr işlətmiş, söyüşlər söymüşdür. Onlara yaxınlaşıb, özlərini təqdim etmişlər, Şəxs intizama dəvət etmişlər, Tunar isə polisin ünvanına “İş verən” kimi ifadə işlətmişdir, qaçmağa çalışmışdır. Şəxs şəxsiyyəti əvvəlcədən bizə məlum idi, yeniyetmələr arasında Rayon ərazisində “Qarabağstroy” ləqəbi ilə tanınır, Şəxs bizim qanuni tələbimizə tabe olmamışdır, Tunar və mübahisə etdiyi digər şəxs spirtli içki qəbul etmişdir, qaçmağa cəhd etsələr də onlar tutularaq Bərdə Rayon Polis Şöbəsinə aparılmış, izahatları alınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat X12 göstərdi ki, 12 mart 2025-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin mübahisə etdiklərini, əsəbi halda, aqresiv şəkildə, uca səslə danışdıqlarını, nalayiq ifadələr işlətmiş, söyüşlər söymüşdür. Onlara yaxınlaşmış, özünü təqdim etmiş, səs-küy salan şəxsin Şəxs olduğunu bilmişdir. Onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər, o, qaçmağa çalışmış, polisin ünvanına nalayiq ifadələrlə işlətmişdir. Şəxs tutularaq Bərdə Rayon Polis Şöbəsinə aparılmışdır, izahatı alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, 12 mart 2025-ci il tarixdə Bərdə şəhərində çayxanada oturarkən, digər uşaqlarla aralarında mübahisə düşmüşdür. Bir-birlərinə nalayiq ifadələrlə söyüş söymüşdürlər. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmışdır, onları intizama dəvət etmişlər, o da öz növbəsində polisin tələbinə tabe olaraq, polisə heç bir müqavimət göstərməmiş, Bərdə Rayon Polis Şöbəsinə aparılmışdır. Polis şöbəsinə gətirilərkən izahatı alınmış, polisin barəsində nalayiq ifadə işlətməmişdir. Polis əməkdaşları əlini bərk qatlamışdır, həmin vaxtı əli yaralanmışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs, qanuni nümayəndəsi X7 bildirdi ki, Tunarın anasıdır, adətən Tunar içki içmir, həmin gün doğum günü olduğundan spirtli içki qəbul edib, oğlunun Bərdə rayonunun ərazisində “kriminal” ətrafa meyilli olmasını, belə fikirləri olmasını, spirtli içki qəbul etməsini bilməmişdir, oğlu hərəkətlərindən peşmandır, azyaşlı olmağının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs, müdafiəçisi X1 Tunar Mahir oğlunun azyaşlı olması nəzərə alınaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilsin. İnzibati iş materiallarına istinad: İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 12 mart 2025-ci il tarixdə Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində mübahisə etmiş, ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü ildə saat 1830-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, X15 və X12 inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikasının İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 53-cü maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi yekun qənaət: Məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində xırda xuliqanlıq növündə inzibati xətanı törətməsi sübuta yetirilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu mаddəsi ilə təqsirli bilinməlidir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə Şəxs tərəfindən inzibati xətanın törədilməsi üsulunu nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu mаddəsi ilə təqsirli bilinib, bаrəsində 50 (əlli) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-141/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-141/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver