Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1410/2023 14.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Alıyev Sehrəddin Gəray oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bərdə rayonu, Piyadalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bərdə rayonu, Piyadalar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 14 sentyabr 2023cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X7 izahat verərək göstərdi ki, Bərdə rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. X1 dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, virusa və karantin rejiminə, sərhədlərin bağlı qalmasına görə Rusiyada qalıb, ona görə borcunu tam ödəyə bilməmişdir. Amma son 10 ayda 2000 manatdan çox pul ödəmişdir. Ödəniş etməkdən yayınmaq kimi fikri yoxdur. Bunların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İşdə olan Bərdə rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(021)-2355 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 120 manat aliment tutularaq iddiaç X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişin surətindən görünür ki, borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif edilmiş, əks təqdirdə icranın məcburi qaydada həyata keçiriləcəyi barədə borclu xəbərdar edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(021)-786/2023 saylı qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmiş və həbsetmənin əvvəlinin 26 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü tarixdə Bərdə rayonunda doğulmuşdur, atası Şəxs, anası X5r. İşdə olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı məktubların surətindən görünür ki, Şəxs əmək haqqısından tutulmaların aparılması və bu haqda şöbəyə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş çekindən görünür ki, borclu Şəxs tələbkar X2 hesabına 150 manat pul köçürmüşdür. İşdə olan icra işi üzrə elektron portaldan çıxarışdan görünür ki, Şəxs xx.xx.1988-ci ildə Bərdə rayonu, Piyadalar kəndində doğulmuşdur, Bərdə rayonu, Kətəlparaq Ərazi Dairəsi, Piyadalar kəndində yaşayır. "xxxx" MMC-də yük avtomobili sürücüsü işləyir və 779,0 manat əmək haqqı alır. İnzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir və borclunun 5790 manat borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş yerinin olması icra məmuruna məlum olsa da iş yerindən hansı səbəbdən əmək haqqından tutulmanın işəgötürən tərəfindən aparılmaması icra məmuru tərəfindən araşdırılmadan və aydınlaşdırılmadan və həmin cəmiyyətin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbiri görülməli olduğu halda onlar barədə heç bir inzibati tədbir görülmədən icra məmuru Şəxs barədə inzibati xəta haqqında protokol tərtib etməklə öz işini bitmiş hesab etmişdir. Buna görə də məhkəmə hesab edir ki, protokola əlavə edilmiş materiallar natamamdır və geri qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs barəsində inzibati həbs tənbehi barədə qərarın xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə və qərarın qanuni qüvvəyə mindiyi gündən 1 il keçməməsinə baxmayaraq eyni icra sənədinə münasibətdə inzibati xəta haqqında protokol icra məmuru tərəfindən yenidən İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmişdir ki, bu da yol verilməzdir. Belə ki, bu halda inzibati xəta törədən şəxs barəsində eyni icra sənədinə münasibətdə məhkəmə qərarını icra etməməyə görə inzibati xəta haqqında protokol İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilməli idi. Belə ki, İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1410/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1410/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver