Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1415/2021 24.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X10, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis Şöbəsindən (Bundan sonra Bərdə RPŞ) daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 23.10.2021-ci il tarixdə Bərdə rayonu, yeni yaşayış qəsəbəsindən yaşayan X1 azyaşlı oğluna məxsus 1 ədəd 270 manat dəyərində 28-lik velosipedini oğurlamışdır. Bundan başqa Bərdə RPŞ-dən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08.09.2021-ci il tarixdə Bərdə rayonu, Lək kəndində X9 məxsus 1 ədəd su mühərrikini oğurlamışdır. Bundan başqa Bərdə RPŞ-dən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30.07.2021-ci il tarixdə Bərdə şəhəri, M.Müşfiq küçəsində X5 yaşayış evindən 1 ədəd preparator, 1 ədəd paltar tikən maşın, 2 ədəd drel və 1 ədəd kombi borularını oğurlamışdır. Bundan başqa Bərdə RPŞ-dən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21.10.2021-ci il tarixdə Bərdə rayonu, 588 saylı qəsəbədə yaşayan X2 yaşadığı binanın blokundan oazyaşlı oğluna məxsus 1 ədəd 300 manat dəyərində 28-lik velosiped oğurlamışdır. Bundan başqa Bərdə RPŞ-dən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21.10.2021-ci il tarixdə Bərdə rayonu, 588 saylı qəsəbədə yaşayan X7 yaşadığı mənzilin qarşısından 1 ədəd 260 manat dəyərində velosipedi oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar a aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1412/2021 saylı inzibati iş, 3(021)-1413/2021 saylı inzibati iş, 3(021)- 1414/2021 saylı inzibati iş və 3(021)-1415/2021 saylı inzibati iş 3(021)-1411/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 24 noyabr 2021-ci il tarixdə saat 1430-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, zərərçəkmiş şəxs X2 və protokolu tərtib etmiş şəxslərin iştirakları ilə baxılsın. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _________ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 3(021)-1411/2021 «24» noyabr 2021-ci il X9 (Bərdə ray., Lək kəndi) Surəti: X6 (Bərdə şəh., M.Müşfiq küç., ) X3 (Bərdə ray., 588 saylı qəs. ev 4, mən. 42) X8 (Bərdə ray., 588 saylı qəs. ev 5, mən. 34) X4 (Bərdə ray., 588 saylı qəs. ev 1, mən. 24) Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 3(021)-1411/2021 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “05” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(021)-1415/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1415/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver