Məhkəmə qərarları › İş №3(021)-1417/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1417/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1417/2021 25.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X8 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X2 nümyəndəsi X1 iştirakları ilə, xx.xx.1979-cu ildə Bərdə rayon Əyricə kəndində anadan olmuş, Bərdə şəhəri, Q.B.Zakir küçəsi ev 6-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4236/2019 saylı, 20 noyabr 2019-cu il tarixli məhkəmə əmrinə əsasən iki uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. Bərdə rayon icra şöbəsinin icra məmuru Sahil Rzayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, 250 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru Sahil Rzayev izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, 250 manat aliment borcu yaranmışdır. Borclu aliment borcundan bir hissəsini ödəmişdir. Buna görə də borclu Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X2 nümyəndəsi X4 borclu Şəxs yaranmış aliment borcunu tam olaraq ödəməsini tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hazırda aliment borcunu ödəyib, tələbkara aliment borcu qalmamşdır. Ona görə də inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yaranmış aliment borcunu ödədiyindən onun əməlində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməlidir. Belə ki, Şəxsn tələbkara olan aliment borcunu tam olaraq ödədiyindən və tələbkara olan 250 manat aliment borcunu qərəzli olaraq ödəməməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar