Məhkəmə qərarları › İş №3(021)-1417/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1417/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1417/2023 20.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayon Dəymədağıldı kəndində anadan olmuş, Bərdə rayon Dəymədağıldı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 19 sentyabr 2023cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(021)- 2964/2018 nömrəli icra sənədinə əsasən Şəxs 17 oktyabr 2011-ci il təvəllüdlü X1 üçün hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Hazırda 3355 manat borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, maddi imkansızlıqdan ödəniş edə bilməmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN №1745256 nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. İşdə olan Bərdə Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(021)-2964/2018 nömrəli icra sənədindən görünür ki, Şəxs 17 oktyabr 2011-ci il təvəllüdlü X1 üçün hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı mənzilə baxış keçirilməmiş və borclunun əmlak vəziyyəti barədə heç bir məlumat əldə etmədən inzibati protokol tərtib etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar