Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1418/2022 17.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, 06 dekabr 1967-ci il tarixdə Bərdə rayonu Çələbilər kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Çələbilər kəndində yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə 1830 manat borcu yaranımışdır. Borclu Şəxs icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra X5 göstərdi ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə 1830 manat borcu yaranmışdır. Şəxsa dəfələrlə xəbərdarlıq edilsə də, borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnamələrini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. İndiyənədək borcundan 250 manat ödəniş etmişdir. həyətlərində 3 iribuynuzlu heyvan aşkar edilərək aktlaşdırılmışdır. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs ödəməni həyata keçirmir və qərəzli olaraq yayınır. İndiyənədək 250 manat ödəniş edilmişdir. Dəfələrlə qanuna dəvət edilsədə icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə 1830 manat borcu ödəməlidir, icra məmuruna qarşı söyüş söyməmiş onları təhqir etməmişdir. Mütəmadi olaraq hər ay qalıq borcu ödəməyə söz verir. Barəsində aparılan icraat haqqında xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Şəxs tərəfindən az da olsa mütəmadi ödənişlər edilmişdir. Həyətində 3 baş iribuynuzlu heyvan var. Tələbi icra məmuru həmin heyvanlara da yönəldə bilər. Göstərilənlərə əsasən məhkəmədən Şəxs barəsində icraat haqqında xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun, tələbkarın nümayəndəsinin izahalarını dinləyərək və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Şəxs indiyənədək ümumi borcdan 250 manat pul ödəmiş, onun payına düşən qalıq borc 650 manat təşkil edir. Bu faktlar icra məmuru və tələbkarın izahatında da məhkəmə iclas zalında öz təsdiqini tapmışdır. Bundan başqa icra məmuru tərəfindən barəsində inzibati icraat aparılan şəxsin həyətində 3 iribuynuzlu heyvan aşkar edilərək aktlaşdırılmışdır. Belə olduğu təqdirdə məhkəmə belə qənaətə gəli ki, barəsində inzibati icraat aparılan Şəxs imkan tapdıqca ödənişlərini həyata keçirmiş və qərəzli olaraq ödəmədən yayınmadığına görə onun əməlində qərəzlilik kimi hallar müşahidə edilmir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1418/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1418/2022
17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver