Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1418/2023 02.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 idarəsinin 17 sentyabr 2023cü il tarixli, EQ16932600 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 17 sentyabr 2023-cü il tarixli, EQ16932600 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus BMW 528 MİNİK markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 17 sentyabr 2023-cü il tarixdə istifadə etdiyi zaman X4 idarəsinin əməkdaşları tərəfindən ona qanunsuz olaraq protokol tərtib olunmuşdur. Qeyd etdiyi 17 sentyabr 2023-cü il tarixli, EQ 16932600 nömrəli protokol üzrə qəbul edilmiş qərarla onun barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi müəyyən edilmişdir və ona 20 manat cərimə yazılmışdır. Bildirmişdir ki, ona qanunsuz cərimə yazılmışdır. Hazırda ona yazılmış cərimə yol polis əməkdaşlarının qanunsuz davranışlarından yaranmışdır. Belə ki, Bərdə şəhər, Səməd Vurğun küçəsində saxlandığı ərazidə heç bir dayanma durma işarəsi olmadığı halda ona qanunsuz olaraq cərimə yazılması onun qanunla qorunan hüquqlarını pozmuşdur. Həmçinin qanunsuz yazılan cəriməni ödəyə bilmir. Tərtib edilmiş protokol və qərar əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayətinə uyğun izahat verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 idarəsinin nümayəndəsi iştirakı təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi X2 tərəfindən verilmiş şikayət düzgün əsaslandırılmamış, iş materiallarına yetərincə sübutlar əlavə edilməmişdir. İş materiallarında olan 17 sentyabr 2023-cü il tarixli, EQ 16932600 saylı qərardan görünür ki, X2 17 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 (qırx) manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Bundan başqa iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, barəsində inzibati icraat aparılan X2 həqiqətən dayanma-durma qaydasını pozmuşdur və buna əsasən də barəsində inzibati tənbeh tətbiq etmək haqqında qərar qəbul edilmişdir. Həmçinin barəsində inzibati icraat aparılan X2 tərəfindən verilmiş şikayət düzgün əsaslandırılmamış, iş materiallarına yetərincə sübutlar əlavə edilməmişdir. Həmçinin məhkəmə iclasında ifadəsindən aydın olur ki, Fərzalı Abdullayev ona yazılmış cəriməni ödəmək istəmədiyindən ləğv olunmasını istəyir Belə olduğu halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 idarəsi tərəfindən tərtib edilmiş 17 sentyabr 2023-cü il tarixli, EQ 16932600 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1418/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1418/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver