Məhkəmə qərarları › İş №3(021)-1419/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1419/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1419/2023 16.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional şöbəsinin əmək müfəttişi X9, Barəsində inzibati icraat aparılan X5 iştirakları ilə, Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional şöbəsinin 25 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X5 barəsində Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional şöbəsinin 25 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X13 oglu 05 yanvar 2023-cü il tarixdən Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Təyin edildiyi gündən idarədə yol verilmiş qanun pozuntularının və bu pozuntulara səbəb olmuş bəzi işçilər barəsində ciddi tədbir görülməsi üçün qanunamüvafiq qaydada tədbirlərin görülməsi təmin edilmişdir. 16 yanvar 2023-cü il tarixdə idarədə inspektor vəzifəsində işləyən X3 üzrsüz səbəb olmadan işə gəlməməsi və idarə rəhbərinə qarşı vəzifə səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müdaxilə etməsi və idarənin sakit iş rejimini pozması ilə əlaqədar olaraq idarə ilk həmkarlar təşkilatıın iclası keçirilmiş və Aynur İsmayılovanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilməsi haqqında qərar qəbul edilmişdir. X6 rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi rəisi 16 yanvar 2023cü il tarixli saylı əmri ilə işdən azad edilmiş və 05 yanvar 2022-ci il tarixdən 16 yanvar 2023-cü il taixlərə istifadə etmədiyi məzuniyyət günlərinə görə son-haqq hesabı ödənilmişdir. Belə ki, Əmək və Məşulluq altsistemində xitam əmri yazılarkən işdən azad edilən işçinin son haqqhesabı sistem tərəfindən müəyyən edilir. Bundan sonra X11 X1 şöbəsinə iyun 2023- cü il tarxdə şikayət edərək 2013-2023-cü illərə son haqq-hesabının ödənilməsini tələb etmişdir. Əmək X1 şöbəsinin rəhbərliyi tərəfindən Ağcabdǝi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə daxil olmuş məktubda Aynur İsmayılovanın 2013-2023-cü illərə son haqqhesabın ödənilməsini məqsədǝmüvafiq hesab edilmişdir. Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi öz növbəsində X2 son haqq-hesabının ödənilməsi barədə şikayətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 maddəsinə əsasən şikayət müddətinin bitməsini bildirmişdir. Lakin Müfəttişlik şikayət müddətinin bitməsini nəzərə almadan idarə rəisinin 1000.00 manat məbləğində cərimə olunması haqqında qanunsuz, qərəzli və əsassız olaraq qərar qəbul etmişlər. Lakin Müfəttişlik şikayət müddətinin bitməsini nəzərə almadan idarə rəisinin 1000.00 manat məbləğində cərimə olunması haqqında qanunsuz, qərəzli və əsassız olaraq qərar qəbul etmişlər. Qeyd olundugu kimi cavabdeh orqanın Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar idarəsinin rəisi X7 barəsində tətbiq edilmiş cərimə ilə baglı qərarı qanunsuz,qərəzli və əsassiz oldugundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi X7 şikayətinə uyğun izahat verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional şöbəsinin əmək müfəttişi X12 bildirdi ki, 16 yanvar 2023-cü il tarixdə idarədə inspektor vəzifəsində işləyən X3 üzrsüz səbəb olmadan işə gəlməməsi və idarə rəhbərinə qarşı vəzifə səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müdaxilə etməsi və idarənin sakit iş rejimini pozması ilə əlaqədar olaraq idarə ilk həmkarlar təşkilatıın iclası keçirilmiş və Aynur İsmayılovanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilməsi haqqında qərar qəbul edilmişdir. X6 rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi rəisi 16 yanvar 2023-cü il tarixli saylı əmri ilə işdən azad edilmiş və 05 yanvar 2022-ci il tarixdən 16 yanvar 2023-cü il taixlərə istifadə etmədiyi məzuniyyət günlərinə görə son-haqq hesabı ödənilmişdir. Belə ki, Əmək və Məşulluq altsistemində xitam əmri yazılarkən işdən azad edilən işçinin son haqqhesabı sistem tərəfindən müəyyən edilir. Bundan sonra X11 X1 şöbəsinə iyun 2023- cü il tarxdə şikayət edərək 2013-2023-cü illərə son haqq-hesabının ödənilməsini tələb etmişdir. Əmək X1 şöbəsinin rəhbərliyi tərəfindən Ağcəbədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə daxil olmuş məktubda Aynur İsmayılovanın 2013-2023-cü illərə son haqqhesabın ödənilməsini məqsədǝmüvafiq hesab edilmişdir. Tərtib edilmiş protokol və qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətçi X7 tərəfindən verilmiş şikayət düzgün əsaslandırılmamış, məhkəmə aidiyyəti üzrə düzgün verilməmişdir. Hadisənin baş verdiyi yer və inzibati protokolun tərtib edildiyi yer üzrə verilməli olduğu halda Bərdə Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəyə görə isə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi inzibati xəta Ağcabədi rayonu ərazisində baş vermişdir və ona görə də inzibati xəta haqqında olan materiallar baxılması üçün aidiyyəti üzrə Ağcəbədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 420 və 421-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ Regional şöbəsinin 25 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayət material inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar