Məhkəmə qərarları › İş №3(021)-1420/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1420/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1420/2021 10.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1963-cü il tarixdə, Bərdə rayonu, Kürdborakı kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Kürdborakı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 07.11.2021-ci il tarixdə, saat 15:00 radələrində Bərdə şəhəri, Bakı küçəsində özünə məxsus, sürücülük hüququ əsasında idarə etdiyi “Mercedes Benz 190” minik markalı, **-BG-*** d.q.n.n-lı avtomobili ilə saatda 50-60 km sürətlə hərəkətdə olan zaman işıqforun qırmızı işığının yanmasına diqqət etmədiyi üçün qarşısında eyni istiqamətdə hərəkət edən və işıqforun qırmızı işığında dayanmış “Opel-Vektra” minik markalı, **-DV-*** d.q.n.n-lı avtomobilin arxa hissəsi ilə toqquşmuş, toqquşma zaman idarə etdiyi avtomobilin ön oturacağında sərnişin qismində əyləşmiş arvadı X2 alnı maşının qabaq alın şüşəsinə dəyərək xəsarət almışdır.Bununla o, İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs etirafedici izahat verərək əməlindən peşiman olmasını bildirmişdir.Bundan sonra daha diqqətli olacağını bildirirb nəzərə alınmasını məhkəmə xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərtib etmiş şəxs və heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında 30.11.2021-ci il tarixli İXP № ******* nömrəli protokoldan görünür ki, 07.11.2021-ci il tarixdə saat 15:00 radələrində Bərdə şəhəri, Bakı küçəsində sürücü Bərdə rayonu, Kürdborakı kənd sakini Şəxs sürücülük hüququ əsasında idarə etdiyi “Mercedes Benz 190” minik markalı, **-BG-*** d.q.n.n-lı avtomobili ilə “X3” pozduğuna görə işıqforun qırmızı işığında dayanmış “Opel-Vektra” minik markalı, **-DV-*** d.q.n.n-lı avtomobilin arxa hissəsi ilə toqquşmuş həmin avtomobildə ön oturacağında sərnişin qismində əyləşmiş arvadı X4 “yüngül” bədən xəsarəti almışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və inzibati xəta haqqında 30.11.2021-ci il tarixli İXP № ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin327.8, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar