Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1421/2021 26.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirаkları ilə, X3 Bərdə Rayon Polis Şöbəsinin, X11 X9 Xidməti inspektoru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 10.11.2021-ci il tarixli, İXP ******* nömrəli protokoldan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinə X3 barəsində olan inzibati xəta haqqında 10.11.2021-ci il tarixli, İXP ******* saylı protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayətini 09.11.2021-ci il tarixdə saat 23:30 radələrində işlədiyi yerə məxsus VAZ- 2106 markalı **-GB-*** dövlət nömr’ nişanlı avtomaşını Bərdə şəhəri H.Əliyev prospektində idarə edərkən **-YP-*** D.N.N. patrul avtomaşını ona saxlaması üçün işarə verdi, o, avtomaşını sağa çəkərək saxlamış, maşından düşüb onlara yaxınlaşmış YPX inspektoru ona içkili olduğunu dedi, o isə onlara səhər saatlarında 1 (bir) stakan pivə içdiyini bildirmişdir, onlar inzibati xətalar məcəlləsinin 96.5-ci maddəsinin Yol Patrul Xidməti haqqında talimatın 8.17-ci bəndinin tələblərini pozaraq tibbi müayinəyə aparılma protokolu yazmayib, ona imzalatmayıb, yol patrul xidməti haqqında talimatın 5.7-ci bəndinin tələblərin pozaraq onun razılığı olmadan avtomaşını özləri idarə edib duracağa apardılar, onu da zorla patrul maşınına əyləşdirdilər, Yol Patrul Xidməti haqqında təlimatın 8.12-ci bəndinin tələblərini pozaraq saxlanca qəbul barədə heç bir akt yazılmadı, ona təqdim olunmadı, maşını duracağa yerləşdirdikdən sonra onu Divanlı kəndində tanımadığı bir evin qarşısına gətirərək, tanımadığı şəxs o, özüdə içkili halda, onu düzgün işləməyən yararsız vəziyyətdə olan qara cihazla yoxladılar amma, ona heç bir şey göstərmədilər və inzibati xətalar məcəlləsinin 69.2-ci maddəsinin tələblərini pozaraq heç bir halda şahidinin iştiraki olmadan öz niyyətlərinin həyata keçirmək üçün qanun pozuntularına yol verirdilər, onu müayinədən keçirən şəxsin əlində olan o cihazın nə vaxt QOST standartlardan keçib yararlıdırmı, müayinədən keçirən həmin şəxs həqiqətən həkim narkoloqdur? Hamin vaxt xidmətdə olubdur? içkili olmuyub sübutla bunu mənə rəsmi şəkildə bildirsinlər. Bundan sonra onun idarə etdiyi avtomaşının sahibi Əhmədov Mayil ora yaxınlaşdı, adlarını sonradan bildiyi YPX əməkdaşları Elsəvər və Şücayətə bildirdiki, maşının sahibi odur, baxın sənədlərə qanuni tədbirinizi görün, protokolu tətbiq edin, özünə məxsus olan maşını aparsın onlar inzibati xətalar məcəlləsinin 97.2-ci maddəsinin tələblərini pozaraq maşını verməyəcəklərini dedilər sabah DYPB-raisi Anara yaxınlaşarsan o özü buraxar, Bu günlə 3 (üç) gündürki, maşını buraxmırlar. DYPB-nin rəisi Anar 1000 AZN pul tələb edir ki, maşını götürün, halbuki ona protokol yazılıb onun iştirakı olmadan. Göstərdiyi bütün hərəkətlər, yol polisi onu saxlatdıqları andan sonadək hər bir patrul maşınında olan kamera və səs yazıların ona təqdim edilməsini, onun barəsində inzibati xəta haqqında protokol tərtib edən şəxslərin qanuna zidd hərəkətlərlə məşğul olmaları ilə əsaslandırmışdır. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, X3 barəsində Bərdə Rayon Polis Şöbəsinin, X11 X9 Xidməti inspektoru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 10.11.2021-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş, həmin protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.5 və 333.1-ci maddələrinə əsasən 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: İXM-nin 132.1.1 İnzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi, İXM-nin 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu, İXM-nin 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Belə ki, mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Odur ki, X3 özünün barəsində olan inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 10.11.2021-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilməsin. X5 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(021)-1421/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1421/2021
26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver