Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1422/2021 29.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Allahverdiyev X1 rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 29 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü ƏY Y Ə N E T D İ M: Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 29 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-46/2019 saylı 15 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən borclunun 12012 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında material Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə geri qaytarılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol natamam tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin yuxarıda qeyd olunan bəndlərinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər material səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxardakılara və həmin Məcəllənin 420-ci maddəsinə əsasən inzibati xəta haqqında tərtib olunmuş protokol və əlavə olunmuş materiallar Bərdə rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, QƏRAR VERDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol Bərdə rayon icra və probasiya şöbəsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №3(021)-1422/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1422/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver