Məhkəmə qərarları › İş №3(021)-1422/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1422/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1422/2023 20.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil1 iştirakları ilə, xx.xx.1989-cu ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 388- 1.1.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Bərdə Rayon Prokurorluğundan Şəxs barəsində İXM-nin 388-1.1.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar daxil olmuşdur. Məhkəmə iclasında Bərdə Rayon Prokurorluğunun nümayəndəsi X2 bildirdi ki, Şəxs Ermənistanın Azərbaycanın Respublikasının konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatı zamanı "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü bəndinin terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatların yayılmaması barədə tələbini pozub "Facebook" adlı sosial şəbəkədə özünə məxsus "Amrah Tahmazov" adlı səhifədə ölkə ərazisində aparılan anti-terror əməliyyatını yanlış kontekstdə təqdim edərək əməliyyatın həqiqi təyinatını təhrif etmiş, ordumuzun torpaqlarımızı işğaldan azad etməsi kimi apardığı addımlara kölgə salan paylaşımlar etməklə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanunun 13-2.3.1-ci bəndinə əsasən internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, həmin məlumatı informasiyatelekommunikasiya şəbəkəsinin İstifadəçisi kimi "Facebook" sosial şəbəkəsində yerləşdirərək yaymışdır. Buna görə də Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Şəxs barəsində İXM-in 388-1.1.1-ci maddəsi ilə tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, etdiyi hərəkətdən peşmandır. Belə ki, o müharibə olmasını istəmir. Məhkəmdən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Vəkil1 bildirdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olub, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, Bərdə Rayon Prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Şəxs (FİN xxxxxxx) - Ermənistanın Azərbaycanın Respublikasının konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatı zamanı "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü bəndinin terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatların yayılmaması barədə tələbini pozub "Facebook" adlı sosial şəbəkədə özünə məxsus "Amrah Tahmazov" adlı səhifədə ölkə ərazisində aparılan anti-terror əməliyyatını yanlış kontekstdə təqdim edərək əməliyyatın həqiqi təyinatını təhrif etmiş, ordumuzun torpaqlarımızı işğaldan azad etməsi kimi apardığı addımlara kölgə salan paylaşımlar etməklə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanunun 13-2.3.1-ci bəndinə əsasən internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, həmin məlumatı informasiyatelekommunikasiya şəbəkəsinin İstifadəçisi kimi "Facebook" sosial şəbəkəsində yerləşdirərək yaymışdır. Buna görə də Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş "Facebook" adlı sosial şəbəkədə Şəxs özünə məxsus "Amrah Tahmazov" adlı səhifədə Əliyev “bu avam camaatın axırına çıxmamış sakitləşən deyil” başlıqda status paylaşmışdı. İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, məlum olduğu kimi 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Silahli Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma baş verdi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Anti-terror əməliyyatı adı verdiyi silahlı toqquşma zamanı belə bir yazının yazılması İXM-nin 388-1.1.1-ci maddəsinin tərkib əlamətini yaradır. Belə ki, həm dövlətin, həm xalqın, həm də ki, ordunun həssas dövründə belə məzmunlu yazının yazılması yolverilməz haldır. Terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu 11ci maddəsinin 3-cü bəndində terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında məlumatların yayılmasına yol verilməməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Belə olan halda, İXM-in 388-1.1.1-ci mаddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 388-1.1.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 01 (bir) ay müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 20 sentyabr 2023-cü il tаrixdən sааt 19:35-dən hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 112,114, 115, 117 128-130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib bаrəsində 1 (bir) ay müddətində inzibаti həbs tənbehi tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında inzibati həbsə alınsın. Həbs etmənin əvvəli 20 sentyabr 2023-cü il tаrixdən sааt 19:35-dən hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və vəkilə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar