Məhkəmə qərarları › İş №3(021)-1424/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1424/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1424/2021 29.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1988-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, orta təhsilli, işləməyən, evli, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 15 noyabr 2021-ci il tarixdə Şəxsunun Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Lider” marketin qarşısında özünün idarə etdiyi VAZ-2106 markalı 23 BD-047 dövlət qeydiyyat nişanlı avtomobilinin günlük hissəsindən, təmiz çəkisi 0,65 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs ifadə verərək göstərmişdir ki, özünə məxsus olan VAZ-2106 markalı, 23 DB-047 dövlət nömrə nişanlı avtomobililə Bərdə rayon ərazisində fərdi taksi fəaliyyəti ilə məşğul olur. 15.11.2021-ci il tarixdə saat 21 radələrində özünə məxsus olan 23 BD-047 dövlət nömrə nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Lider” inşaat mağazasının qarşısında dayanmışdır. Polis əməkdaşları ona yaxınlaşıb, avtomobilində və ya üzərində narkotik vasitənin olması barədə məlumat aldıqlarını bildirərək yoxlanılması üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. Bərdə rayon Polis şöbəsinədə müdafiəçi ilə təmin olunduqdan sonra ilkin olaraq üzərinə baxış keçrilmiş, lakin üzərindən hər hansı bir qeyri qanuni maddə və ya pereparat aşkar olunmamışdır. Bunun ardınca rayon polis şöbəsinin həyətində dayanmış, ona məxsus olan 23 BD-047 nömrəli avtomobilinə baxış keçriləcəyi ona elan olunmuş, buna etiraz etməmişdir. Bundan sonra ona məxsus olan 23 BD-047 nömrəli avtomobilə baxış keçrilməyə başlamışdır. Baxış zamanı ona məxsus olan 23 BD-047 nömrəli avtomobilin günlük hissəsindən bir ədəd kazbek adlı bükümdə olan maddə aşkar olunmuşdur. Halhazırda narkotik vasitə istifadə etmədiyini, tutduğu əməldən peşiman olmasını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 noyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, toplanmış HK-1-3962 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin İTB-nə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli 16/1211 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Bərdə rayon Qaradəmirçi kənd sakini Şəxs avtomobilindən aşkar edilmiş bir büküm narkotik vasitəyə bənzər maddə...” sözləri və imzalar olan kağız paketdə, 1 (bir) ədəd kustar üsulla hazırlanmış siqaretin içərisində tütün hissəcikləri və təmiz çəkisi 0,65 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0,65 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,63 qramdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 29 noyabr 2021-cu il tarixli MN ******* nömrəli protokolla və iş materiallarında olan sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 206-1-cı maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 15 noyabr 2021-ci il tarixli protokolundan müəyyən olunur ki, Şəxs 15 noyabr 2021-ci il tarixdə saat 2140-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şöbhəli şəxs qismində tutulmuş şəxsin azad olunması haqqında 16 noyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs Razim oğlu 16 noyabr 2021-ci ildə Bərdə rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs 15 noyabr 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək olan müddət ərzində inzibati qaydada tutulmasını nəzərə alaraq Şəxs təyin edilən cərimə cəzasının yüngülləşdirilməsini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 0,63 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 206-1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-1-ci maddəsi ilə təqsirli bilinib, 300(üç yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 0,63 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar