Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1425/2021 10.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X2 Bərdə Rayon Polis X5 Polisi Bölməsinin 23.11.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 məhkəməyə şikayət verərək Bərdə Rayon Polis Şöbəsinin, X7 Bölməsinin 23.11.2021-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 09.11.2021-ci il tarixdə, saat 23:30 radələrində işlədiyi yerə məxsus “VAZ-2106” minik markalı, **-BG-*** d.q.n.n-lı avtomobili ilə Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman **-YP-*** d.q.n.n-lı patrul avtomaşını ona saxlaması üçün işarə vermişdir. O, idarə etdiyi avtomobili kənara çəkərək saxlamış və maşından düşərək patrul avtomobilinə yaxınlaşmışdır. Yol Polisi əməkdaşı ondan içkili olub-olmamasını soruşduqda o səhər saatlarında 1 stəkan pivə içdiyini onlara bildirmişdir. Polislər onun barəsində tibbi müayinə aparmadan ona inzibati xəta haqqında protokola imza etdirmiş, onun avtomobilini polis əməkdaşı duracağa yerləşdirmişdir. Özünü isə zorla patrul maşınına mindirib rayonun Divanlı kəndinə, tanımadığım şəxsin evinin qarşısına aparmış, həmin evdən tanımadığı şəxs o, özüdə içkili halda onu düzgün işləməyən yararsız vəziyyətdə olan cihazla yoxlayıb ona heç bir nəticə göstərməmişlər. O, həmin cizahın QOST standartlarından keçərək yararlı olub-olmamasını da bilməmişdir. Həmin vaxt avtomobilin sahibi Mayıl Əhmədov həmin polis əməkdaşlarına Elsevər və Sücayətə yaxınlaşaraq “VAZ-2106” minik markalı, **-BG-*** d.q.n.n-lı avtomobilin sahibi olduğunu bildirmiş, avtomobili apracağını Nahidin barəsində isə qanuni tədbirinin görülməsinin davam etdirilməsini dedi. Yol polisi əməkdaşları Mayıl Əhmədova maşını duracağa yerləşdiriləcəyini bildirib, onun üçün rəisə, Anara yaxınlaşmasını bildirdilər. Həmin maşını üç gün buraxmadılar. DYPB-nin rəisi maşının buraxılması üçün 1000 manat pul tələb edirdi. Protokol isə dərhal tərtib edilməli olduğu halda protokol onun iştirakı olmadan tərtib edilmişdir. Həmin protokolda hadisənin 09-dan 10-a keçən gecə saat 00:27-da qeyd edilsədə. Protokol 10.11.2021-ci il tarixdə, saat 10:02-də yazılmışdır. Bunu DYP bölməsində olan server vasitəsi ilə də müəyyən etmək mümkündür. Məhkəmədən onu saxladılan zaman kamera və səs yazılarının təqdim edilməsini xahiş etmişdir. Belə ki, bütün qanun pozuntuları sonradan yazılmış hal şahidləri ola bilər bundan başqa müayinə edən həkimin özünün içkili olması aşkar ediləcək. Hesab edir ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Bərdə RPŞ-nin DYPB-nin rəisinin TP 47238738 nömrəli qərarı qanunsuz və əsassız olduğu üçün onun ləğv edilməlidir. Ona görə də Bərdə rayon DYPB İXP ******* saylı protokola əsasən qanuna uyğun olmadan çıxardığı TP4728738 saylı qərarı ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bərdə Rayon Polis Şöbəsinə və şikayətçiyə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Həmçinin, şikayətçi X3 məhkəməyə teleqram göndərərk 10.12.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildiriş şikayətə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə RPŞ-nin DYPB-nin YPX inspektory Sücayət Məmmədov tərəfindən tərtib edilmiş 10.11.2021-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, 10.11.2021-ci il tarixdə, saat 00:27 radələrində Bərdə rayonu, Divanlı kəndində yaşayan X3 “VAZ-2106” minik markalı, **-BG-*** d.q.n.n-lı avtomobili idarə edərkən İXM-in 333.1, 342.5 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bərdə RPŞ-nin DYPB-nin rəisi tərəfindən 23.11.2021-ci il tarixdə qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 333.1, 342.5 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş AA0469623 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 10.02.1981-ci il tarixdə doğulmuşdur. İşə əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayənədəliyi tərəfindən 29.11.2021-ci il tarixdə, verilmiş 1260 saylı arayışdan görünür ki, X3Bərdə rayonu, Divanlı kəndində yaşayır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 10.11.2021-ci il tarixdə, saat 00:27 radələrində Bərdə şəhərində, Bərdə RPŞ-nin DYPB-nin YPX inspektoru Sücayət Məmmədov tərəfindən 10.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolda göstərilmişdir ki, X3 idarə etdiyi “VAZ-2106” minik markalı, **-BG-*** d.q.n.n-lı avtomobillə İXM-in 333.1, 342.5 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 23.11.2021-ci il tarixdə Bərdə RPŞ-nin DYPBnin rəisi tərəfindən qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 həmin maddələrlə təqsirli bilənərək 400 manat məbləğində cərimə edilmişdir. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, 23.11.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Bərdə RPŞ-nin DYPB-nin rəisi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmidşir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, Bərdə RPŞ-nin DYPB-nin YPX inspektory Sücayət Məmmədov tərəfindən 10.11.2021-ci il tarixdə İXP ******* saylı protokolda X2 10.11.2021-ci il tarixdə idarə etdiyi “VAZ-2106” minik markalı, **-BG-*** d.q.n.n-lı İXM-in 333.1, 342.5 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şikayətin məzmunundan görünür ki, X3 hadisə baş verən günü səhər saatlarında 1 stəkan pivə içməsini bildirmişdir. Göründüyü kimi şikayətçi özü bir stəkan pivə içdiyini etiraf etmiş və bu hal özlüyündə də inzibati xəta tərkibi yaratmışdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1425/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1425/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver