Məhkəmə qərarları › İş №3(021)-1427/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1427/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1427/2021 13.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1967-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 17 sentyabr 2021-ci ildə saat 1255 radələrində Bakı-Qazax yolunun 99-cu kilometrliyində sürücülük hüququ əsasında idarə etdiyi VAZ-2109 minik markalı 45 BD-828 dövlət qeydiyyat nişanlı avtomobilli alkaqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməklə edirə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, özünə məxsus VAZ-2109 minik markalı 45 BD-828 dövlət qeydiyyat nişanlı avtomobilli sürücülük hüququ əsasında idarə edir. 17 sentyabr 2021-ci ildə toy mərasimində iştirak etmiş, toyda spirtli içki qəbul etmişdir. Toydan çıxdıqdan sonra narkotik vasitədən istifadə etmiş və özünə məxsus avtomobillə tanışlarını evlərinə aparmışdır. Bakı-Qazax yolunun 99-cu kilometrliyində polis əməkdaşları onu saxlamış və avtomobili sərxoş vəziyyətdə, narkotik vasitədən istifadə edərək idarə etdiyini müəyyən etmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 761 saylı 17 sentyabr 2021-ci il tarixli narkotik qəbulu faktı və vəziyyətini təyin edən müayinə aktından müəyyən olunur ki, Şəxs narkotik vasitədən istifadə etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı 17 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 23, 357, 360, 362, 365, 425-426 430-432-ci maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbeh növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar