Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1427/2023 23.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Mirzəxan kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 23 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantları X3 ilə X1 şəhəri H.Əliyev prospektində yerləşən Nəqşicahan şadlıq sarayının qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə sərxoş halda nalayiq küçə ifadələri işlətdiyi tərəflərindən aşkar edilmişdi. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsi nizamintizama dəvət etmişlər. Lakin həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edib RPŞ-nə dəvət etmişdirlər. Həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq heç yerə getməyəcəyini bildirib özünə məxsus mobil telefonu yerə çırparaq qırmışdır və təkrar uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi RPŞ-nə gətirən zaman həmin şəxs polis əməkdaşlarına əl-qol hərəkətləri etmişdir. Həmin şəxsin RPŞ-nə gətirilməsini təmin etmişlər və məlum olmuşdur şəxs Şəxsdur. O, həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, əməlindən peşmandır. Sərxoş olduğundan hərəkətlərini idarə edə bilməmişdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında X7 iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri işləyir. xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Məhəmməd Seydəliyev ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Nəqşicahan şadlıq sarayının qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə sərxoş halda nalayiq küçə ifadələri işlətdiyi tərəflərindən aşkar edilmişdi. Biz həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsi nizam-intizama dəvət etmişdirləe. Lakin həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edib və RPŞ-nə dəvət etmişlər. Həmin şəxs onların qanuni tələblərinəə tabe olmayaraq heç yerə getməyəcəyini bildirib özünə məxsus mobil telefonu yerə çırparaq qırmışdır və təkrar uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi RPŞ-nə gətirən zaman həmin şəxs onlara əl-qol hərəkətləri etmişdir. Biz həmin şəxsi RPŞ-nə gətirilməsini təmin etmişlər və həmin şəxsin etmiş olduğu əməllər barəsində RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdirlər. Məhkəmə iclasında X3 iş üzrə şahid qismində ifadə verərək bildirdi ki, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri işləyir. xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X11 ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Nəqşicahan şadlıq sarayının qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin uca səslə sərxoş halda nalayiq küçə ifadələri işlətdiyi tərəflərindən aşkar edilmişdi. Biz həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və həmin şəxsi nizam-intizama dəvət etmişdirlər. Lakin həmin şəxs təkrar uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsə etdiyi inzibati hüquq pozuntusunu izah edib və RPŞ-nə dəvət etmişlər. Həmin şəxs onların qanuni tələblərinəə tabe olmayaraq heç yerə getməyəcəyini bildirib özünə məxsus mobil telefonu yerə çırparaq qırmışdır və təkrar uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi RPŞ-nə gətirən zaman həmin şəxs onlara əl-qol hərəkətləri etmişdir. Biz həmin şəxsi RPŞ-nə gətirilməsini təmin etmişlər və həmin şəxsin etmiş olduğu əməllər barəsində RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdirlər. İşdə olan 23 sentyabr 2023-cü il tarixli, MN №1683766 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 sentyabr 2023-cü il tarixdə saat Bərdə şəhəri, H.Əliyev prospektində uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, № ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 20:30-da inzibati qaydada tutulmuşdur. İşdə olan Sərxoşluq vəziyyətinin tibbi müayinsi barədə 17496 nömrəli xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:20-də müayinə olunan zaman ağır dərəcədə sərxoşluğu olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə İXM-nin 33.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda olan törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. İXM-nin 89.5-ci maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Şəxs dərhal həbsdən azad edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1427/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1427/2023
23.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver