Məhkəmə qərarları › İş №3(021)-1429/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1429/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1429/2023 23.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi baş əmək müfəttişi X3 iştirakları ilə, 08 sentyabr 1986-cı il tarixdə Bərdə rayonu, Əmirli kəndində doğulmuş, orta təhsilli, evli, fərdi sahibkar, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan barəsində inzibati icraat X15 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Samurad Nadir oğlunu əmək müqaviləsi bağlamadan işə cəlb etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4.000 ( dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X15 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdam rayonu Dört YOL-1 qəsəbəsinin ərazisində Ağdam Zəfər yolunun kənarında icarə əsasında ərzaq mağazası işlədərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağazanı ********** saylı VÖEN əsasında özü tək işlədir. DSMF ödənişləri X10 adından gedir. 21 avqust 2022-ci il tarixdə saat 23 radəllərində tanıdığı, yaxınlıqda yaşayanlar Məhiyəddin və Samurad adlı şəxslər onun işlətdiyi mağazanın qarşı tərəfində mübahisə edərək dalaşmışlar. Bunun nəticəsində DİNin 102 xidmətinə zəng edilmiş, hadisə barədə məlumat verilmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılmışdır. X5 polis şöbəsində izahat vermişdir. 14 sentyabr 2023cü il tarixdə Bərdə X13 Xidmətinin Qarabağ regional şöbəsi əməkdaşı zəng edib onu Əmək müfəttişliyinə dəvət edəndə bilmişdir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələbini pozub pozmamasını müəyyən edərkən həmin maddə ilə tədbir görülməsinin təmin edilməsi üçün qərarın sürətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 17 saylı Qarabağ Regional şöbəsinə göndərmişdir. Ona bildirilmişdir ki, X4 əmək müqaviləsi olmadan işlətdiyi üçün ona inzibati tənbeh tədbiq ediləcək. X15 buna qəti şəkildə etiraz etmiş, hadisə zamanı mağazanın kamera görüntülərinin olduğunu, polis şöbəsinin araşdırıldığı materiallarda saxlandığını bildirmişdir. Lakin həmin materialların alınmasında onlarında səlahiyyəti olmadıqlarını bildirmişlər. X15 lazımdırsa X6 çağırıb onun izahatını alınmalı olduğunu bildirmişdir. Ancaq buna baxmayaraq X11 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini tətbiq edərək 4000 (dörd min manat) manat cərimə etmişlər. Göstərdiklərimə əsasən barəmdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati xətalar məcəlləsinin 192.1-ci maddəsi ilə yazılmış 14 sentyabr 2023-cü il tarixli MN No ******* saylı qərarının qanunsuz, əsasız olduğu üçün ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi əmək müfəttişi X7 izahatında bildirdi ki, onlar toplanmış sübutlarla X15 barəsində qərar qəbul etmişlər. Mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən saxlanılmasını və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X15 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə verilmiş şikayətə barəsində inzibati icraat X10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş bildirişin surətindən görünür ki, barəsində inzibati icraat aparılan X15 barəsində gedən inzibati araşdırılma ilə bağlı məlumatlandırılmış və həmin bildirişə imza etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 ( dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən olunmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə müəyyən olundu ki, barəsində inzibati icraat aparılan X15 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Barəsində inzibati icraat X11 məhkəmə prosesləri barədə məlumat verilmiş, lakin sonuncu mübahisələndirdiyi qərarın hansı əsaslarla ləğv edilməsini əsaslandıra biləcək mötəbər dəlil və sübutlarını məhkəməyə təqdim etməmiş, əksinə səlahiyyətli orqanın təqdim etdiyi materiallardan isə şəxsin əməlində qeyd edilən inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. İş materiallarında olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” Ağdam rayon prokurorluğunun 24 avqust 2023-cü il tarixli qərarından da müəyyən olunur ki, X1 Emil Aydın oğlu tərəfindən 2022-ci ilin avqust ayından işə götürülmüş, lakin əmək müqaviləsi bağlanılmamışdır. Odur ki, hazırki şikayət barəsində məhkəmə qeyd edir ki, həmin şikayəti inzibati icraat aparılan şəxs, inzibati cəriməni ödəməkdən azad olunmaq məqsədilə vermişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Qarabağ regional ərazi şöbəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar