Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-143/2022 01.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, 06 noyabr 1980-cı il tarixdə Bərdə şəhərində doğulmuş, subay, Bərdə şəhəri, A.Əhmədov küçəsi ev 13 yaşayan X1 Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X2 11 yanvar 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsinə dair işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə X1 barəsində olan inzibati xəta haqqında 11 yanvar 2022-ci il tarixli, İXP ******* saylı protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, qardaşına məxsus etibarnamə ilə idarə etdiyi “Vaz 21214” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə 11 yanvar 2022-ci il tarixdə X6 Xidmətinin əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə 500 manat cərimə yazılmışıdır. Təqdim olunan diskdəki görüntülərdən də görünür ki, 11 yanvar 2022-ci il tarixdə günün birinci yarısı özünə məxsus Nüşabə küçəsində yerləşən Çay evində oturmuşdu. Bərdə rayonu Zümürxan kəndinin polis sahə rəisi polis mayoru Əliyar Həziyev çay evinə yaxınlaşaraq çay evinin həyətində saxlanan “Vaz 21214” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobili balaca bir uşağın onun idarə etdiyi avtomobilin üstünə sürdüyünü bildirdi. O qeyd edilən avtomonbilin qardaşı Əlizadə Turalın dünəndən çay evinin həyətində saxladığını bildirdi və o da lazım olduqda avtomobili ilə hərəkət etdiyini bildirdi. Söhbət əsnasında sahə rəisi etiraf etdi ki, onun avtomobilinin üzərinə başqa maşın sürüb. Daha sonra ona avtomobilində qanunsuz quraşdırılmış signal olduğunu sual verdi, o da ded ki var, ancaq işləmir. Sahə rəisi çay evinin həyətində Yol Patrul Xidmətinin əməkdaşlarını çağırdı. Bildirdi ki, avtomobil Bərdə Rayon Polis şöbəsinə aparmalıdılar və signal sökülməlidir. X6 Xidmətinin əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.9-cu madddəsinə uyğun olaraq protokol tərtib etmişlər. Həmin protokol əsassız olduğundan onun ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Bərdə rayon Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə hazırki işə Bərdə rayon Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiraçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Çünki qanunvericilikdə inzibati xətaya dair qəbul edilmiş qərardan şikayət verilməi nəzərdə tutulmuş, tərtib edilmiş protokoldan isə şikayət verilməsi əsasları müəyyən edilməmişdir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 11 yanvar 2022-ci il tarixli, İXP ******* saylı protokoldan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-143/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-143/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver