Məhkəmə qərarları › İş №3(021)-143/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-143/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-143/2024 28.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X23 X25 29 dekabr 2023-cü il taixli İXP ******* saylı protokolundan X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar tərtib edilən X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yazılan İXP ******* saylı, 29 dekabr 2023-cü il tarixli protokolun ləğv edilməsini, sürücülük vəsiqəsində qeyd olunan 5 balın ləğv edilməsini, onun şəxsiyyətini təhqir edən və sağlamlığına zərər vuran polis polkovnik-leytenantı Yelmar Paşayevin, polis kapitanı Valeh Mustafayevin, 1805, 1806 döş nişanları olan YPX inspektorları və şəxsiyyəti məlum olmayan PPX əməkdaşlarının cəzalandırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin protokola əsasən tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.3 və 333.1-ci maddələrində nəzərədə tutulmuş inzibati xətanı törətdiyinə görə X12 barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Bərdə Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 3(021)-143/2024 saylı qərardadına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X23 X25 29 dekabr 2023-cü il taixli İXP ******* saylı qərarından X12 tərəfindən verilmiş şikayəti əsasında 3(021)143/2024 saylı inzibati iş aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhəkəməsinin 3(060)-688/2024 saylı, 1 aprel 2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X23 X25 29 dekabr 2023-cü il tarixli İXP ******* saylı, qərarından X12 tərəfindən verilmiş şikayətin aidiyyat məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhəkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhəkəməsinin 09 aprel 2024-cü il tarixli 3(105)-154/2024 saylı Qərarına əsasən X12 barəsində inzibati xəta haqqında materiala aidiyyati üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən baxılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 3(021)-143/2024 saylı qərarına əsasən X12 tərəfindən verilmiş şikayətin rədd edilməsi, Bərdə RPŞ-nin Yol Patrul Xidmətinin X12 barəsində inzibati tənbeh vermə haqqında 29 dekabr 2023-cü il tarixli TP ******* nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli qərarından 3(021)-143/2024 saylı X5 şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 3(104)-510/2024 saylı Qərarı ilə X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 3(021)-143/2024 nömrəli qərarın ləğv edilməsi, işin yenidən araşdırılması üçün Bərdə Rayon Məhkəməisnə göndərilməsi qərara alınmışdır. X12 şikayətini onunla əsaslandırmışdır ki, TP ******* nömrəli 29 dekabr 2023-cü il tarixli inzibati tənbeh etmə haqqında qərar müraciətindən sonra imzası saxtalaşdırılaraq xx.xx.2024-cü il tarixdə onun ünvanına göndərilmişdir. Avtonəqliyyat vasitəsini saxlanca qəbulu xx.xx.2023-cü il tarixli aktda göstərilsə də, bu sənəd onun imzası olmadan saxtalaşdırırılaraq imza çəkilmişdir.YPX təlimatının 5.7-ci maddəsinə zidd olaraq YPX inspektoru onun iştirakı olmadan avtomobilini avtomobil duracağına yox Bərdə RPŞ-nin ərazisinə xx.xx.2023-cü il tarixdə saat 21.50-də gətirilmiş, lakin xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Ona məxsus avtomobilin salon hissəsində ehtiyat təkər və maqnitofon olmamışdır. Nəqliyyat vasitəsini qəbul edən şəxsin ünvanı göstərilməmişdir. Bu akt şahidlərin iştirakı təmin edilmədən tərtib edilmişdir və avtomobilin saxlanca qoyulma saatı göstərilməmişdir. Qeyd olunan sənədlərdə məlum olur ki, onun razılığı olmadan avtomobili o, yox digər şəxs Şahid idarə edilməsinə icazə verilmiş və sonuncu avtomobili qəbul etmişdir. Həmin gün və ondan əvvəlki günlərdə onun avtomobilində heç bir nasazlıq olmamışdır. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə xx.xx.2023-cü il tarixli 131 nömrəli protokol tərtib edilmişdir. Bu protokol eyni sənədlər kimi saxtalaşdırılmış və onun yerinə imza çəkilmişdir. O, heç bir tibbi müəssisəyə göndərilməmiş və göndərilmə saatı qeyd olunmamışdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. 25 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şikayətçi X12 bildirdi ki, hazırkı işlə bağlı müraciəti əsasında dəfələrlə məhkəmə iclasları keçirilsə də düzgün araşdırılma aparılmamışdır, bir neçə dəfə dəvət edildiyi məhkəmə iclaslarına səhhətində və işində olduğu problemlərə görə gəlməmişdir, buna görə məhkəməyə teleqram göndərmişdir, hadisə baş verən günü polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq olunmuş, yazılan inzibati xəta barədə tərtib olunmuş inzibati protokol və qərarda hadisənin baş vermə vaxtı 29 dekabr 2023-cü il, saatı 00.35 göstərilmişdir, lakin hadisə saat 21.15radələrində olub, həmin vaxt Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yanacaq doldurma məntəqəsində olmuşdur, avtomobil idarə etməmişdir. Lakin protokolda onun meşəlik ərazidə olması qeyd edilmişdir. Polis işçiləri onu hədələyərək, hərbi polisə çağırcaqlarını bildiriblər, deyiblər ki, hərbçi olduğuna görə maşınından qənimət silah, bir az da etiraz etsən narkotik çıxardacağıq, şərəflə dövlətinə, millətinə xidmət edir, bir zabit olaraq ona qarşı olunan hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirir, həmin vaxt kəmərini, pul qabını, telefonunu təhvil vermişdir, öz başına polis əməkdaşları onun avtomobilini Polis Şöbəsinin qarşısına aparıblar, polis şöbəsində polis işçilərindən fakt və sübut göstərmələrini, hal şahidləri olmasını tələb etmişdir, sərxoşluq vəziyyətinin yoxlanılmasından imtina etməmişdir, bildirmişdir ki, müayinə üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına, olmazsa Mingəçevir şəhərində müayinə olunmaq üçün gedə bilər, sərxoşluq vəziyyətinin xx.xx.2023-cü il tarixli, 1816 nömrəli tibbi müayinəsi aktı Dağıstan Mamedov tərəfindən tərtib edilməsinə baxmayaraq, tibbi müayinədə iştirak etməmişdir, ümumiyyətlə onun sağlamlığı yoxlanılmamışdır. Bu akt onun sözləri ilə yazılmamışdır, aktla tanış olmamışdır, onda xəsarət ola-ola, aktda xəsarətin olmaması göstərilmiş, təzyiqi və nəbzi qeyd edilməmişdir. Avtomobilimdə maqnitafon və ehtiyat təkər olmamışdır, lakin cərimə meydançasında maşında maqnitafon və təkər olması yazılmışdır. Bərdə rayonunda belə işlərdə polis əməkdaşları tərəfindən tutulan şəxslərdən 400 manat alınır, həmin 400 manatın 20 manatı saxta akt tərtib etmiş Dağıstan Məmmədova verilir. Sənədlərdə ki, imza ona məxsus deyil, həmin günü ümumiyyətlə içkili və ya sərxoş olmamışdır. Sərxoşluğun müayinəsi zamanı alkotesterdə göstərilən rəqəmlə razı deyil, alkotestrin sertifikatı olmamışdır, o, yalnız inzibati xəta haqqında tərtib edilmiş protokola imza etmişdir. Hadisədən sonra həbiçilərlə münasibəti olan Sirac adlı şəxs və başqa bir hərbi qulluqçu Valeh Mustafayev tərəfindən çağırılaraq pul istəmiş, yalnız pul müqabilində avtomobilin buraxılacağını deyiblər, lakin o, imtina etmiş, maşını həmin günü cərimə meydançasında qoyub getmişdir. Sənədləri də götürməmişdir, yalnız məhkəmə prosesi vaxtı sənədlər onun işlədiyi yerə göndərilmişdir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, şikayətində qeyd etdiyi şəxslərin ona zor tətbiq etdiyini göstərmişdir, lakin bu günə qədər şikayətlərinin nəticəsi barədə ona məlumat verilməmişdir. Bərdə rayon Polis Şöbəsinin əməkdaşı Valeh Mustafayev ona əl qaldırmış, iki nəfər ayağından və qolundan tutmuşdur, avtomobili onun razılığı olmadan digər şəxs idarə etmişdir, dörd-beş nəfər polis işçisi tərəfindən ona zorq tətbiq edilmişdir, Şikayəti əsaslıdır, təmin olunmasını xahiş etmişdir. 25 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, sənədlərdə qeyd edilmiş imza ona məxsusdur, lakin imza etdiyi sənədlərdə nə yazılması barədə məlumatlı olmamışdır, maşını o, aparmışdır, gecə maşını Polis Şöbəsinin həyətinə salmışdırlar, hadisə vaxtı orda olmuşdur, X4 müayinəsindən keçirilərkən kənarda dayanmışdır, müayinənin nəticəsindən xəbəri olmamışdır, müyinə edən həkim olmamışdır. X26 Şöbəsində hal şahidlərinin iştirakını tələb etmişdir, lakin şahidlərin iştirakı təmin edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası DİN-nın arayışından görünür ki, TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı X11 29 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 29 dekabr 2023-cü il tarixli aktdan görünür ki, X11 məxsus **-DK-*** dövlət qeydiyyat nişanlı Toyoto Prado markalı avtomobil saxlanması üçün 29 dekabr 2023-cü il tarixdə duracağa təhvil verilmişdir. Eyni tarixdə nəqliyyat vasitəsinin saxlanması səbəbi aradan qaldırıldığından duracaqdan buraxılmışdır. Şahid tərəfindən yazılmış ərizədən görünür ki, X6 olduğu üçün ona məxsus Toyota Prado markalı avtomobili sürüb ünvana çatdırmağa söz vermişdir. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə 29 dekabr 2023-cü il tarixli 131 nömrəli protokoldan görünür ki, sürücüdən kəskin spirtli içki iyi gəldiyi üçün müayinəyə göndərilmiş və həkim müayinəsinə əsasən məlum olmuşdur ki, X12 avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 29 dekabr 2023-cü il tarixli 1816 nömrəli aktdan görünür ki, X12 alkoqoldan orta dərəcəli sərxoşdur və sərxoşluğun dərəcəsi 0.5 prml-dir. Ölçmə vasitələrinin yoxlanılması haqqında ******* nömrəli şəhadətnamədən görünür ki, Alkometr sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yoxlamadan keçirilmişdir. 13 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X13 Respublika TTYM Publik Hüquqi şəxsinin Bərdə TTYS böyük həkimi vəzifəsində çalışdığını, 2023-cü ilin dekabr ayında Bərdə Rayon Polis Polis Şöbəsinin əməkdaşı X15 tərəfindən sürücünün sərxoşluq vəziyyətinin müayinəsi üçün şöbəyə dəvət olunduğunu, orada barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X8 özünü çox aqressiv apardığını, bir müddət müayinədən keçmək istəmədiyini, sonradan onun tanışları olan Sirac və Fəqan adlı iki nəfər şəxsin şöbəyə gəldiyini və onu dilə tutaraq müayinədən keçməyi təklif etdiklərini, yalnız bundan sonra Məşədiyev Talehin bir neçə bilərəkdən edilmiş uğursuz cəhdindən sonra alkotestrə nəfəs verdiyini bildirdi. Alkotesterdən göründü ki, X9 0.5 promil alkoqol müəyyən edildi. O, alkotesterin göstəricisini səsli şəkildə elan edərək Məşədiyev Talehin özünə, eləcə də həmin vaxt orda iştirak edən bütün şəxslərə göstərdiyini, müayinədən öncə ondan spirtli içki qəbul edib-etmədiyini soruşduqda o araq içdiyini, müayinədən dərhal sonra isə sanki polis əməkdaşlarını və onu ələ salaraq alkoqollu içki içmədiyini, kola içdiyini bildirdi. Eyni zamanda müayinənin nəticəsi üzrə akt tərtib edildiyini,aktın Məşədiyev Taleh tərəfindən imzalandığını, sonuncu tərəfindən verilmiş şikayətlərlə əlaqədar bir neçə dəfə polis və prokurorluq orqanlarına eyni məzmunlu izahatlar verdiyini bildirdi. 13 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bərdə Rayon X23 X25 yol-patrul xidməti inspektoru, polis leytnantı X16 xx.xx.2023-cü il tarixdə saat 00:35 radələrində Bərdə rayonu Meşəçilik deyilən ərazidə ** DX *** dövlət qeydiyyat nömrəli avtomobilin işıq cihazlarından düzgün istifadə etməyərək yola çıxdığını və yol patrul xidmətinin avtomobilini görüb geriyə əvvəlki yerinə qayıtdığını, hətta sürücü tərəfindən avtomobilin geriyə vermə zamanı divara çırpacağından ehtiyyat edərək ona maşını dayandırmağı, əks halda maşının divara çırpılacağını uca səslə bildirdiyini, sürücünün maşını saxladıqdan sonra sükandan enərək yerini dəyişməyə cəhd göstərdiyini, bu halın şəxsin içkili olmasına dair ilkin ehtimalın yaranmasına səbəb olduğunu, bu səbəbdən sürücüyə yaxınlaşıb hazırda təqaüddə olan Bərdə RPŞ-nin DYPB-nin sabiq əməkdaşı Paşayev Yelmarla birlikdə özlərini təqdim etdiklərini, sürücüdən kəskin spirt iyinin gəldiyini, sürücünün isə özünün polkovnik olduğunu və müayinədən keçməyəcəyini bildirdiyini, nəticədə müayinədən keçməsi üçün post patrul xidməti əməkdaşları vasitəsilə Bərdə Rayon Polis Şöbəsinə aparıldığını, orada həkim X13 tərəfindən müayinə olunaraq, müayinə aktı tərtib edildiyini, aktın Məşədiyev Taleh tərəfindən imzalandığını bildirdi. 13 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon X23 X25 yol-patrul xidməti baş inspektoru, polis kapitanı X14 29 dekabr 2023-cü il tarixdə gecə saatlarında Bərdə Rayon Polis Şöbəsində X1 vəziyyətinin müayinəsində iştirak etdiyini, sonuncudan kəskin spirt iyinin gəldiyini, bir müddət polis əməkdaşları və müayinəni aparan həkim Məmmədov Dağıstanla mübahisə edərək müayinədən keçmədiyini, sonradan Şöbəyə gələn tanışlarının təkidi ilə müayinə keçməyə razı olduğunu, bu müddət ərzində ona heç bir zor tətbiq edilmədiyini, əksinə Məşədiyev Talehin polis əməkdaşlarını və həkimi ələ saldığını, bəzən aqressiv cavablar verdiyini bildirdi. Məhkəmə iclasında şahid X16 tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilərkən X8 müayinədən keçməsi ilə bağlı video görüntüdən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs alkometrə nəfəs verdikdən sonra həkim tərəfindən alkometrin göstəricisi, X8 alkoqoldan orta dərəcəli sərxoş olduğu hər kəsə elan edilərək, Məşədiyev Talehin özünə də təqdim edilir. Sonuncu tərəfindən alkometrin göstəricisi ilə bağlı hər hansı irad və ya etiraz daxil olmur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X7 Rayon Prokurorluğuna onun Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti əməkdaşları tərəfindən döyülməsi barədə ərizə ilə müraciət etmiş, ərizə üzrə toplanmış materialların araşdırmanın davam etdirilməsi üçün Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinə göndərilmiş, İdarənin böyük prokuroru X21 tərəfindən AR CPM-in 39.1.1-ci maddəsilə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd edilən qərar maraqlı şəxslərə göndərilmişdir, qərar mübahisələndirilməmişdir. Qərardan da göründüyü kimi X8 Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti əməkdaşları tərəfindən döyülməsi, təzyiq, işgəncə və qeyri-insanı davranışa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Asanpay.az səhifəsindən əldə edilmiş məlumata əsasən İXP ******* nömrəli protokol əsasında tətbiq edilmiş cərimə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X8 29 dekabr 2023-cü il tarixli İXP ******* saylı protokolun ləğv edilməsi, sürücülük vəsiqəsində qeyd olunan 5 balın ləğv edilməsi, onun şəxsiyyətini təhqir edən və sağlamlığına zərər vuran polis polkovnik-leytenantı Yelmar Paşayevin, polis kapitanı Valeh Mustafayevin, 1805, 1806 döş nişanları olan YPX inspektorları və şəxsiyyəti məlum olmayan PPX əməkdaşlarının cəzalandırılmasına dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 29 dekabr 2023-cü il tarixli İXP ******* saylı protokolun ləğv edilməsi, sürücülük vəsiqəsində qeyd olunan 5 balın ləğv edilməsi, onun şəxsiyyətini təhqir edən və sağlamlığına zərər vuran polis polkovnik-leytenantı Yelmar Paşayevin, polis kapitanı Valeh Mustafayevin,1805,1806 döş nişanları olan YPX inspektorları və şəxsiyyəti məlum olmayan PPX əməkdaşlarının cəzalandırılmasına dair şikayəti təmin edilməsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar