Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1432/2021 08.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsinin müfəttişi X9, Barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, 18 iyul 1963-cü il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, "xxxx" MMC-nin MMC direktoru işləyən, evli, Bərdə şəhəri, H.Əliyev prospekri döngə 5, 27 yaşayan Barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin şöbəsindən daxil olmuş MN ******* saylı 16 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 469.2-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən 16 noyabr 2021-ci il tarixdə, "xxxx" MMC-nin barəsində MN ******* nömrəli protokol tərtib edilərək inzibati tənbehin verilməsi üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi X13 göstərmişdir ki, əmək müqavilələrinin elektron sisteminə baxış keçiriləndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamışdırlar. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN ******* saylı 26 noyabr 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərardan müəyyən olunur ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 1500 manat cərimə edilmişdir. Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Belə lduğu təqdirdə "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi də qanunauyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X11 oğlu məhkəmədə ifadə verib göstərmişdir ki, onlara xəbərdarlıq olunmadan cərimə yazılıb. Onlar məhkəmədən bildiriş gələndə biliblər. Ondan qabaq bütün sığortalar ödənilib. Bundan başqa eyni əmələ görə "xxxx" MMC-nin direktoru X6 inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsinin izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 16 noyabr 2021-ci il tarixli **********7 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi ilə bağlı sənədlərə baxılmışdır. Nəticədə hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 16 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin şöbəsindən daxil olmuş MN ******* saylı 16 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətin 03 noyabr 2021-ci il tarixli **********5 saylı X3 ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasını nəzərə alaraq iş üzrə icraatın başlanması və əlavə sənədlərin araşdırılmasına ehtiyac olduğu üçün, **********8 nömrəli dəvət məktubu ilə 26 oktybr 2021-ci il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə dəvət olunduğu təqdirdə iştirakı təmin edilməmişdir. Onlar 16 noyabr 2021-ci il tarixdə saat 10:00-da barəsində inzibati icraat aparılan şəxs qismində X7 Xidmətinə dəvət olublar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 26 oktyabr 2021-ci il tarixli **********9 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu məqsədlə “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsi ilə icbari sığorta müqaviləsi bağlamayan və ya hüquqi quvvəsi olmayan icbari sığorta müqavilələri üzrə işəgötürənlə müvafiq xəbərdarlıq edilmişdir. Müvafiq dövlət orqanlarını elektron informasiya sistemləri ilə “ Əmək müqaviləsi bildirişi” altsisteminin müqayisəli təhlilləri nəticəsində tərəfinixdən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlammadığı və əməllərində inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 16 noyabr 2021-ci il tarixdə sat 10:00-da X8 Xidmətinin Aparatına dəvət olunmuşdur. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli MN ******* saylı qərardada əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli 3420PX********** saylı “A” formatlı ödəniş tarşırığından görünür ki, "xxxx" MMC 12 noyabr 2021-ci il tarixdə 557,4 (beş yüz əlli yeddi manat qırx qəpik) icbari sığortanın hesabına ödəniş etmişdir. İş materiallarında olan 07 sentyabr 2020-ci il tarixli 03 saylı əmrdən görünür ki, X6 07 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan 07 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən müəyyən olunur ki, 07 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68 maddəsinin “a” bəndi ilə X2 əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 07 sentyabr 2020-ci il tarixli 02 saylı əmrindən görünür ki, X5 07 sentyabr 2020-ci il tarixli "xxxx" MMC-nə direktor təyin edilmişdir. İş materiallarında olan 02 noyabr 2020-ci il tarixli 06 saylı Əmrdən görünür ki, X6 02 noyabr 2020-ci il tarixdən "xxxx" MMC-nə iş içraçısı vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin MN ******* saylı 26 noyabr 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərardan müəyyən olunur ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 1500 manat cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 05 noyabr 2021-ci il tarixli 51 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə məktubdan müəyyən olunur ki, "xxxx" MMC-nin işçilərinin İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinin nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanması təmin edilmişdir.Təşkilatda olan 16 işçi Paşa Həyat Sığorta ASC ilə 04 noyabr 2021-ci il tarixli PH********** nömrəli müqaviləsinə əsasən sığorta olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etməməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Lakin hazırki vəziyyətdə hüquqi şəxs deyil, vəzifəli şəxs olan “direktoru” inzibati məsuliyyətə cəlb edilmişdir. Qanunvericilikdə isə hüquqi şəxsin məsuliyyətə cəlb edilməsindən spnra vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsndən söhbət gedir. Bundan başqa məhkəmə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, aparılmış inzibati icraat natamam və qeyri-dəqiqdir. Belə ki, protokolun tərtib edilməsində "xxxx" MMC-nin rəhbərliyi və ya səlahiyyətli şəxsləri xəbərdar olunmamışdır. Protokolda “iştirak etmədi X10” yazılsa da, səlahiyyətli orqan həmin şəxsin "xxxx" MMC-nin işçisi olubolmamasını müəyyən etməmiş, bununla da dolayısı ilə sübut olunmuşdur ki, səlahiyyətli orqa barəsinsə inzibati icraat aparılan hüquqi şəxsə qanunamüvafiq qaydada xəbər verməmişdir. Çüki xəbər vermiş lsa idi, o zaman səlahiyyətli orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti 07 sentyabr 2020-ci il tarixli 03 saylı əmrə əsasən X6 07 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilməsini faktını müəyyən edərdi. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin şöbəsindən daxil olmuş MN ******* saylı 16 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol natamam tərtib edilmiş və hansı işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması göstərilməmişdir. Bu fakt hazırki inzibai xəta haqqında iş üzrə icraat zamanı ona görə əhəmiyyət kəsb edir ki, səlahiyyətli orqanın direktor kimi cərimə etdiyi şəxs 07 sentyabr 2020-ci il tarixdən həmin müəssisədə işləmir. Belə la halda digər hansı işçilərdən söhbət getdiyi qeyri-müəyyəndir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRAR ALDİ "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1432/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1432/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver