Məhkəmə qərarları › İş №3(021)-1435/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1435/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1435/2021 02.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs X3 məxsus yaşayış evinin həyətindən 15 oktyabr 2021-ci il tarixdə 04 ədəd 30 manat dəyərində olan mis və aliminium qazan oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 14 noyabr 2021-ci il tarixdə X4 fərdi yaşayış evindən 01 ədəd qaz balonu və 01 ədəd qazanı oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs Bərdə rayon Meşəçilik institunda yaşayan X6 məxsus 22 ədəd qaz və 01 ədəd hindyuşkanı 17 oktyabr 2021-ci il tarixdə oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 26 oktyabr 2021-ci il tarixdə X1 yaşadığı evin həyətindən 01 ədəd ümumi dəyəri 85-90 manat olan su aparatı oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 31 oktyabr 2021-ci il tarixdə saat 04 radələrində Bərdə rayonu Meşəçilik institunda yaşayan X7 həyatyani sahəsindən 01 ədəd kondisioner mühərriki, 01 ədəd velosipedi oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1433/2021 saylı, 3(021)-1434/2021 saylı, 3(021)-1435/2021 saylı, 3(021)-1436/2021 saylı, 3(021)-1437/2021 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 02 dekabr 2021-ci il tarixdə saat 15:00-da Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar