Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1437/2021 02.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X4 Bölməsinin sahə rəisi polis mayoru X12, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X4 Bölməsinin sahə rəisi polis mayoru X2, Zərərçəkmiş şəxs X27 və X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, Səttarxan küçəsi ev 31-də qeydiyyatda olan və yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs X6 məxsus yaşayış evinin həyətindən 15 oktyabr 2021-ci il tarixdə 04 ədəd 30 manat dəyərində olan mis və aliminium qazan oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 14 noyabr 2021-ci il tarixdə X7 fərdi yaşayış evindən 01 ədəd qaz balonu və 01 ədəd qazanı oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs Bərdə rayon Meşəçilik institunda yaşayan X15 məxsus 22 ədəd qaz və 01 ədəd hindyuşkanı 17 oktyabr 2021-ci il tarixdə oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 26 oktyabr 2021-ci il tarixdə yaşadığı evin həyətindən 01 ədəd ümumi dəyəri 85-90 manat olan su aparatı oğurlanması səbəbindən tərtib edilmişdir. Bundan başqa, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 31 oktyabr 2021-ci il tarixdə saat 04 radələrində Bərdə rayonu Meşəçilik institunda yaşayan X18 həyatyani sahəsindən 01 ədəd kondisioner mühərriki, 01 ədəd velosipedi oğurlanması səbəbindən tərtib edilmişdir. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X4 Bölməsinin sahə rəisi polis mayoru X9 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs X6 məxsus yaşayış evinin həyətindən 15 oktyabr 2021-ci il tarixdə 04 ədəd 30 manat dəyərində olan mis və aliminium qazan oğurlamışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 26 oktyabr 2021-ci il tarixdə X3 yaşadığı evin həyətindən 01 ədəd ümumi dəyəri 85-90 manat olan su aparatı oğurlamışdır. Bundan başqa bir çox əməllərdə də Şəxs şübhələnir. Lakin hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X21 izahat verib bildirdi ki, ******* saylı inzibati xəta haqqında protokol Şəxs Bərdə rayon Meşəçilik institunda yaşayan X15 məxsus 22 ədəd qaz və 01 ədəd hindyuşkanı 17 oktyabr 2021-ci il tarixdə oğurlamışdır. Habelə, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 31 oktyabr 2021-ci il tarixdə saat 04 radələrində Bərdə rayonu Meşəçilik institunda yaşayan X18 həyatyani sahəsindən 01 ədəd kondisioner mühərriki, 01 ədəd velosipedi oğurlamışdır. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X16 məhkəmə iclasında iştirak etməyib. Məhkəmə onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İnzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X16 tərtib etdiyi, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 noyabr 2021-ci il tarixdə X7 fərdi yaşayış evindən 01 ədəd qaz balonu və 01 ədəd qazanı oğurlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X27 izahat verib bildirdi ki, Şəxs tərəfindən onun həyətyanı sahəsindən “Beka 2500” markalı 01 ədəd kondisionerin və “lada sport 29” markalı 01 ədəd velosipedi oğurlamışdır. Ona dəymiş 350 manat ziyanın ödənilməsini tələb edir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verib bildirdi ki, onun həyətyani sahəsindən 01 ədəd 90 manat dəyərində su qızdırıcı aparatı oğurlanmışdır. Şəxs oğurluğ edib-etmədiyini bilmir. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, səhv edib, əməlindən peşmandır. İmkanı olmadığından oğurluq edib. Ağ ciyər xəstəsidir. Dolanmaq üçün oğurluq etmişdir. Barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X10 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 01 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3559 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6 məxsus yaşayış evinin həyətindən 15 oktyabr 2021-ci il tarixdə 04 ədəd 30 manat dəyərində olan mis və aliminium qazan oğurlamış naməlum şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın bir sürəti şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X13 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 20 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3944 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 14 noyabr 2021-ci il tarixdə X7 fərdi yaşayış evindən 01 ədəd qaz balonu və 01 ədəd qazanı oğurlamış naməlum şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X4 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X22 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 27 oktyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3587 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə rayon Meşəçilik institunda yaşayan X15 məxsus 22 ədəd qaz və 01 ədəd hindyuşkanı 17 oktyabr 2021-ci il tarixdə oğurlamış şəxsin gələcəkdə müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati icraat açılması məqsədi ilə qərarın surəti rayon Polis X4 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X11 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 02 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3702 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş 26 oktyabr 2021-ci il tarixdə X1 yaşadığı evin həyətindən 01 ədəd ümumi dəyəri 85-90 manat olan su aparatı oğurlamış şəxsin gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X4 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X17 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 11 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-3752 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 31 oktyabr 2021-ci il tarixdə saat 04 radələrində Bərdə rayonu Meşəçilik institunda yaşayan X18 həyatyani sahəsindən 01 ədəd kondisioner mühərriki, 01 ədəd velosipedi ələ keçirən şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X4 Bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını, barəsində inzibati icraat aparılan şəxsin səmimi etirafını dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs X6 məxsus yaşayış evinin həyətindən 15 oktyabr 2021-ci il tarixdə 04 ədəd 30 manat dəyərində olan mis və aliminium qazan,14 noyabr 2021-ci il tarixdə X7 fərdi yaşayış evindən 01 ədəd qaz balonu və 01 ədəd qazanı, Bərdə rayon Meşəçilik institunda yaşayan X15 məxsus 22 ədəd qaz və 01 ədəd hinduşkanı 17 oktyabr 2021-ci il tarixdə, 26 oktyabr 2021-ci il tarixdə X1 yaşadığı evin həyətindən 01 ədəd ümumi dəyəri 85-90 manat olan su aparatı, 31 oktyabr 2021-ci il tarixdə saat 04 radələrində Bərdə rayonu Meşəçilik institunda yaşayan X18 həyatyani sahəsindən 01 ədəd kondisioner mühərriki, 01 ədəd velosipedi oğurlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafı, protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36, 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X4 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan Şəxs təyin edilmiş inzibati həbs tənbehləri qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 01 dekabr 2021-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1437/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1437/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver