Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1439/2021 15.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə Rayon Yol Patrul baş inspektoru X5 oğlunun, Barəsində inzibati icraat aparılan X2 iştirakları ilə, Bərdə Rayon Yol Patrul baş inspektoru X1 26 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 barəsində Bərdə Rayon Yol Patrul baş inspektoru X3 tərəfindən tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 26 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Məhkəmə iclasında şikayətçi X4 bildirdi ki, Bərdə şəhəri Bakı küçəsi istiqamətində çıxmaq məqsədi ilə gözləmə mövqeyində olduğu vaxt, sol tərəfdən yüksək sürətlə hərəkətdə olan Vaz 2106 markalı, ** MK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil digər avtomobillə ötüşərkən idarə etməni itirərək onun avtomobilinə çırpılmışdır. Həmin vaxt o heç bir yol hərəkəti qaydalarını pozmayıb. Lakin buna baxmayaraq Bərdə rayon yol patrul xidmətinin əməkdaşları barəsində protokol tərtib etməklə, 60 manat cərimə olunub. Həmin şəxsin təqsiri nəticəsində avtomobilinə xeyli məbləğdə maddi ziyan dəymişdir. Qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə Rayon Yol Patrul baş inspektoru X3 bildirdi ki, onun tərəfindən X4 barəsində 06 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X4 26 oktyabr 2021-ci il tarixdə, Bərdə şəhəri Bakı küçəsində baş yola çıxarkən yol ayrıcı keçid qaydalarını pozaraq düzünə hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə baxış keçirilib, müvafiq tədbirlər görülmüşdür. Vətandaş yol ayrıcı qaydasını pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 60 manat məbləğində cərimə edilmişdir. Qanunamvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməli və Bərdə Rayon Yol Patrul baş inspektoru X1 26 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvəsində saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən olunmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati icraat aparılan X3 tərəfindən təqdim edilmiş video diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Belə olduğu halda məhkəmə barəsində inzibati icraat aparılan X2 təqsirsizliyi ilə bağlı məhkəmə iclasında səsləndirdiyi dəlilləri inandırıcı hesa etəməklə bağlı iş materialları və digər sübutlarla təkzib olunduğunu əsas götürərək hesab edir ki, barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli və Bərdə Rayon Yol Patrul baş inspektoru X3 tərəfindən tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Bərdə Rayon Yol Patrul baş inspektoru X1 26 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsn. Bərdə Rayon Yol Patrul baş inspektoru X1 26 oktyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyşdrilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1439/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1439/2021
15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver