Məhkəmə qərarları › İş №3(021)-1440/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1440/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1440/2021 06.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirаkları ilə, 03.05.1957-ci ildə Bərdə rayonu, Göyüşlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bərdə rayonu, Göyüşlü kəndində yaşayan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və probasiya Şöbəsində 15 dekabr 2020-ci il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o, Bərdə rayon Məhkəməsinin 2(021)-258/2014 saylı, 04.03.2014-cü il tarixli icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzürlü səbəbdən icra etməmişdir və nəticədə 17000 manat ödənilməmiş pul borcu yaranmışdır. Bununlada İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 izahatında göstərdi ki, X2 rayon Məhkəməsinin 2(021)-258/2014 saylı, 04.03.2014-cü il tarixli icra sənədinə əsasən borclu X5 hər birinin dəyəri 190 manat olmaqla 64 doğar qoyun, hər birinin dəyəri 140 manat olan 38 baş bir illik quzu, həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri 17480 manat pul alınıb X3 verilməlidir. İcra Şöbəsi tərəfindən borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o borcu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu icra sənədini lazımi qaydada icra etməmiş və nəticədə 17000 manat məbləğində borcu yaranmışdır. Odur ki, borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün rayon məhkəməsinə gətirmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izahatında göstərdi ki, o, həqiqətəndə Bərdə rayon Məhkəməsinin 2(021)-258/2014 saylı, 04.03.2014-cü il tarixli icra sənədinə əsasən hər birinin dəyəri 190 manat olmaqla 64 doğar qoyun, hər birinin dəyəri 140 manat olan 38 baş bir illik quzu, həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri 17480 manat pul alınıb X3 verməlidir. Əlavə olaraq bildirmişdri ki, sözügedən icra sənədini icra edə bilmədiyindən barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda xəstə olmaqla 63 yaşı var və heç bir yerdə işləmir. İcra sənədi üzrə tələbi yerinə yetriməkdən boyun qaçırmır, lakin buna maddi imkanı yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Məhkəməsinin 2(021)-258/2014 saylı, 04.03.2014-cü il tarixli icra sənədinə əsasən X5 hər birinin dəyəri 190 manat olmaqla 64 doğar qoyun, hər birinin dəyəri 140 manat olan 38 baş bir illik quzu, həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri 17480 manat pul alınıb X3 verilməlidir. 13.02.2014-cü il tarixli qərarın surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-258/2014 saylı, 04.03.2014-cü il tarixli icra sənədinə əsasən borclu X6 barəsində icraat başlanmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 8(021)-62 saylı, 09.02.2015-ci il tarixli qərardadının surətindən görünür ki, borclu X6 əmlakı üzrənə həbsin qoyulması barədə icra məmurunun təqdimatı təmin edilməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 3(021)-307/2015 saylı, 27.04.2015-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, X9 İXMnin 313-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 8(021)-288/2015 saylı, 22.06.2015-ci il tarixli qərardadının surətindən görünür ki, borclu X6 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)-725/2015 saylı, 26.08.2015-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, X9 İXMnin 313-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib iyirmi gün müddətə inzibati qaydada həbs edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 1(021)-54/2016 saylı, 29.04.2016-cı il tarixli hökmün surətindən görünür ki, X9 CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 3(021)-967/2019 saylı, 13.11.2019-cu il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, X9 İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 04.03.2020-ci il tarixli rəsmi xəbərdarlığından görünür ki, X7 Bərdə rayon Məhkəməsinin 2(021)-258/2014 saylı, 04.03.2014-cü il tarixli icra sənədindən irəli gələn ötəlikləri könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilməsi, verilən müddət ərzində icranı könüllü icra etmədiyi halda icra tədbirləri məcburi qaydada həyata keçiriləcəyi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, əmlakının üzərinə həbsin qoyulması, tələbin gəlirinə yönələcəyi, məcburi qaydada məhkəməyə gətiriləcəyi, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə dəfələrlə xəbərdar olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin 19.05.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 258/2014 saylı, 04.03.2014-cü il tarixli icra sənədi Bərdə rayon məhkəməsinə qaytarılmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 8(021)-149/2020 saylı, 24.08.2020-ci il tarixli qərardadının surətindən görünür ki, tələbkar X1 ərizəsi təmin edilərək Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahil Rzayev tərəfindən qəbul edilmiş “icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” 19.05.2020-ci il tarixli qərarı ləğv edilmiş, Bərdə rayon Məhkəməsinin 2(021)-258/2014 saylı, 04.03.2014-cü il tarixli icra sənədi üzrə icraat təzələnsin. Bərdə rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş 15.12.2020-ci il tarixli, MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Bərdə rayon Məhkəməsinin 2(021)-258/2014 saylı, 04.03.2014-cü il tarixli icra sənədinə əsasən borclunun 17000 manat borcu vardır. Belə olan halda X6 əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 1(021)-54/2016 saylı, 29.04.2016-cı il tarixli hökmün surətindən görünür ki, X9 CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum edilmiş, bundan sonra İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, daşınar və daşınmaz əmlakın müəyyən edilməsi üçün sorğular verilmiş, alınmış cavablardan müəyyən edilmişdir ki, X6 heç bir əmlakı yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 tələbkara ümumilikdə 17000 manat borclu yaranmış, borcu ödəməməkdə heç bir qərəzliliyi yoxdur, sadəcə olaraq maddi imkanı borcu bütövlükdə ödəməyə yol vermir. Belə olan halda X6 əməlində İXM-in 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Çünki, o, məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməkdən imtina etməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdən görünür ki, X2 rayon Məhkəməsinin 2(021)-258/2014 saylı, 04.03.2014-cü il tarixli icra sənədinə əsasən X5 hər birinin dəyəri 190 manat olmaqla 64 doğar qoyun, hər birinin dəyəri 140 manat olan 38 baş bir illik quzu, həmin əmlaklar olmadığı təqdirdə isə onların dəyəri 17480 manat pul alınıb X3 ödənilməsi müəyyən edilmiş, Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş həmin icra sənədi üzrə icraata başlanılmış, borcluya icra sənədinin könüllü icrası üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmiş və hazırda barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs X9 həmin borcu tam olaraq ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun icranı qərəzli gecikdirməsindən və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar