Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1441/2021 06.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X12 oğlunun iclas katibliyi, Bərdə Rayonu Yol Patrul Xidmətinin baş inspektoru X9 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1986-ci il tarixdə, ünvan 1 ünvanında qeydiyyatda olub yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.3cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs oğlu İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən 25 iyun 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs VAZ 2106 minik markalı 59BC492 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayonunda Kapital Bank ASC-nin qarşısında dayanmış vəziyyətdə olan MERCEDES BENS E240 minik markalı 99GH864 dövlət nömrə nişanlı avtomobilə dəyərək toqquşmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, ona dəymiş ziyan ödənilmişdir, Şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Bərdə Rayonu Yol Patrul Xidmətinin baş inspektoru X9 oğlu bildirdi ki, Şəxs VAZ 2106 minik markalı 59BC492 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayonunda Kapital Bank ASC-nin qarşısında dayanmış vəziyyətdə olan X4 məxsus MERCEDES BENS E240 minik markalı 99GH864 dövlət nömrə nişanlı avtomobilə dəyərək toqquşmuşdur. Barəsində inzibati təhbbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlu İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə Rayonu Yol Patrul Xidmətinin baş inspektoru X9 oğlu tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati işin materiallarına əlavə edilmiş 29.11.2021-ci il tarixli, 29 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən zaman Şəxs orta dərəcəli sərxoşluq əlaməti olmuşdur. İnzibati işin materiallarına əlavə olunmuş AB seriyalı, 806496 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs sürücülük hüququ BC kateqoriyası üzrə verilmişdir. İnzibati işin materiallarına əlavə olunmuş ƏN- Vİİ № 620910 saylı Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamədən görünür ki, VAZ 2106 minik markalı 59BC492 dövlət qeydiyyat nişanlı avtomobil X8 tərəfindən Şəxs sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq və s. Hərəkətlər üçün etibar olunmuşdur. İnzibati işin materiallarına əlavə olunmuş AC seriyalı, 265725 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, MERCEDES BENS E240 minik markalı 99GH864 dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydiyyatdadır. İnzibati işin materiallarına əlavə olunmuş AE seriyalı, 211702 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 hüququ BC kateqoriyası üzrə verilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlu İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İXM-in 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs VAZ 2106 minik markalı 59BC492 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayonunda Kapital Bank ASC-nin qarşısında dayanmış vəziyyətdə olan X4 məxsus MERCEDES BENS E240 minik markalı 99GH864 dövlət nömrə nişanlı avtomobilə dəyərək toqquşmuşdur. Bundan sonra onun barəsində İXM-in 333.3-cü maddəsi ilə 06.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs oğlu törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs oğluna məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun gənc olmasını nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs oğlu İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imzvar Əsli ilə düzdür Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1441/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1441/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver