Məhkəmə qərarları › İş №3(021)-1444/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1444/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1444/2021 07.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov oğlunun iclas katibliyi, icra məmuru X1 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhər S.Vurğun küçəsi ev 5 saylı ünvanda yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs oğlu İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən 07 dekabr 2021-ci il tarixdə MN№ ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs oğlu icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədi üzrə borcunu ödəmədiyindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 oğlu izahatında göstərdi ki, borclu Şəxs oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, borclu olduğu 47389 manat pulu dövlət büdcəsinə ödəməmişdir. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu ifadəsində bildirdi ki, maddi imkansızlıqdan borcunu ödəyə bilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş MN№ ******* saylı protokolda göstərilmişdir ki, borclu Şəxs oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, borclu olduğu 47389 manat pulu dövlət büdcəsinə ödəməmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 11000/1079 saylı, 17 iyul 2020-ci il tarixli qərarına əsasən Şəxs oğlunun barəsində İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə qaytarılmalı olan məbləğin 50 faizi miqdarında , yəni 8568 manat məbləğində cərimə olunması, ixrac olunmuş malın müqabilində müvəkkil banka ödənilməli olan 10080 ABŞ dolları məbləğində olan vəsaitin Şəxs tərəfindən qısa müddət ərzində ödənilməsi təmin olunması qərara alınmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli 3(021)-674 /2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin 11000/1079 saylı, 17 iyul 2020-ci il tarixli qərarından Şəxs verdiyi şikayət təmin edilməyərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin 11000/1079 saylı, 17 iyul 2020-ci il tarixli qanuni hesab edilməsi qərara alınmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 11000/1302 saylı, 08 sentyabr 2020-ci il tarixli qərar ilə Şəxs oğlunun barəsində İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 9195.98 manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli 3(021)-672 /2020 saylı qərarına əsasən Şəxs oğlunun barəsində İXM-nin 473cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilmiş, onun əməlinə cinayət hüquqi baxımından qiymət verilməsi üçün zəruri materialların prokurorluq orqanına təqdim edilməsi qərara alınmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 3(104)64/21 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Şəxs oğlunun əməlinə cinayət hüquqi qiymət verilməsi üçün zəruri materialların prokurorluq orqanına təqdim edilməsi hissəsində ləğv olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 11000/ 0308 saylı, 09 mart 2021-ci il tarixli qərar ilə Şəxs oğlunun barəsində İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə təqsirli bilinməsi , malın dəyərinin 50 faizi miqdarında , yəni 9626.76 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 3(104)-322/21 saylı qərarı ilə şikayət təmin edilməmiş Bərdə rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərarı şikayət vermiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilir ki, Bərdə rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 11000/ 0308 saylı, 09 mart 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 11000/0660 saylı, 18 may 2021-ci il tarixli qərar ilə Şəxs oğlunun barəsində İXM-nin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nə\zərə alınmaqla 20000 manat məbləğində valyutanın 50 faizi , yəni 10000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 11000/5237 saylı, 19 iyul 2021-ci il tarixli qərar ilə Şəxs oğlunun barəsində İXM-nin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nə\zərə alınmaqla 10000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya ünvanlanmış 23.10.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilməklə xəbərdar olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya ünvanlanmış 17.11.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilməklə xəbərdar olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya ünvanlanmış 27.11.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilməklə xəbərdar olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya ünvanlanmış 07.12.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilməklə xəbərdar olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 15.11.2020-cu il tarixli, 138-34454 nömrəli məlumat məktubun surətindən görünür ki, Şəxs oğlunun yerinin müəyyən edilməsi məqsədilə onun barəsində 15.12.2020-ci il tarixdə Bərdə RPŞ-nin İTB-si tərəfindən 300439 nömrəli yerli axtarış işi açılmışdır. İnzibati işin materiallarına əlavə edilmiş borclu Şəxs oğlu tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə verilmiş 25.12.2020-cu il tarixli izahatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli qərara əsasən barəsində İXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 9195.98 manat cərimə edilmişdir. Həmin qərardan yeni məlumatı olduğuna görə məhkəməyə şikayət verəcəyini qeyd etməklə, ona 15 gün möhlət verilməsi xahiş etmişdir. İnzibati işin materiallarına əlavə edilmiş borclu Şəxs oğlu tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə verilmiş 09.02.2021-cu il tarixli izahatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli qərara əsasən barəsində İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 9195.98 manat 17 iyul 2020-ci il tarixli qəraraına əsasən 8568 manat cərimə olunmuşdur. Hazırda cəriməni ödəməyə imkanı olmadığını bildirərək, ona 10 mart tarixinə qədər vaxt verilməsini xahiş etmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının iştirakı ilə Bərdə şəhər S.Vurğun küçəsi ev 5 saylı ünvanda 06.10.2021ci il tarixdə tərtib olunmuş aktla müəyyən olunmuşdur ki, borclu Şəxs oğlunun yaşadığı ünvanda bir daha olarkən onun evdə olmadığı aşkar olunmuş, bununla bağlı borcluya məlumat verilmiş, borcla əlaqədar əmlaka baxış kecirilmiş, lakin gündəlik tələbat mallarıbdan başqa əmlak aşkar olunmadığından əmlak üzrəinə həbs qoyulması mümkün olmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya ünvanlanmış 07.10.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilməklə xəbərdar olunmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 16.10.2020-cu il tarixli, 138-35224-1221 nömrəli məlumat məktubun surətindən görünür ki, Şəxs oğlunun yerinin müəyyən edilməsi məqsədilə onun barəsində 16.10.2021-ci il tarixdə Bərdə RPŞ tərəfindən 300761 nömrəli yerli axtarış işi açılmışdır. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin 15.10.2020-ci il tarixli bildirişindən görünür ki, borclu Şəxs oğluna tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin 10.04.2021-ci il tarixli bildirişindən görünür ki, borclu Şəxs oğluna tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin 06.10.2021-ci il tarixli bildirişindən görünür ki, borclu Şəxs oğluna tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin 01.07.2021-ci il tarixli bildirişindən görünür ki, borclu Şəxs oğluna tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin qərarlarına əsasən Şəxs oğlu ümumilikdə 47389 manat pulu dövlət büdcəsinə ödəməlidir. Lakin Şəxs oğlu həmin qərarları icra etməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin məhkəmə iclasında borcdan nə qədər ödəməyə imkanın olduğu barədə sual vermiş, lakin Şəxs ödəniş edə bilməyəcəyini bildirmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarından görünür ki, borclu vəzifəli şəxsin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, borclu kifayət qədər müddət keçməsinə baxmayaraq, borc ödənməmişdir. Bu da borclunun icra sənədlərinin icrasından qəsdən yayındığını sübut edir. Məhkəmə Şəxs oğluna məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarı) Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs oğlu İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş ) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs oğlu İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş ) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 07 dekabr 2021-ci il tarixdən, saat 15:30-dan hesablansın. Şəxs oğlu Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti elan edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar