Məhkəmə qərarları › İş №3(021)-1446/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1446/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1446/2021 09.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1987-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, evli, orta təhsilli,fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Gəncə küçəsi ev 14 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri İ.Qaibov küçəsində “Fədək” çay evində müştərilərə qəlyan verərək karantin rejim qaydalarını pozmuş və polisin qanuni tələblərə tabe olmamışdır. Bundan başqa, Şəxs inzibati xətanın mahiyyətini izah edərkən polis əməkdaşlarına qarşı aqressiv cavablar vermiş, qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmişdir. Məhkəmə iclasında Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X5 izahatında göstərdi ki, Şəxs 08 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri İ.Qaibov küçəsində “Fədək” çay evində müştərilərə qəliyan verərək karantin rejim qaydalarını pozmuşdur. Ona inzibati xətanın mahiyyətini izah edərkən polis əməkdaşlarına qarşı aqressiv cavablar vermiş, qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmişdir. Bu səbəbdən o məcburi şəkildə polis şöbəsinə gətirilib. Məhkəmədən Şəxs qanunla müəyyən edilmiş qaydada tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 08 dekabr 2021-ci il tarixdə Bərdə şəhəri İ.Qaibov küçəsində “Fədək” çay evində müştərilərə qəlyan verərək karantin rejim qaydalarını pozmuşdur. Bu zaman aralarında mübahisə baş vermiş, polis əməkdaşları onu polis şöbəsinə aparılıb. Ailədə yeqanə qazanc qətirən şəxsdir. Himayəsində iki övladı var. Məhkəmədən barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X7 göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 08 dekabr 2021-ci il tarixdə saat 22 radələrində PPXB-nin polis nəfəri Elvin Allahverdiyevlə birlikdə Bərdə şəhəri İ. Qaibov küçəsində xidmətdə olan zaman həmin küçədə yerləşən “Fədək” çay evində müştərilərə qəlyan verilərək karantin rejimi qaydalarının pozulduğu tərəflərindən aşkar edilmişdir. Çay evində müxtəlif masalarda əyləşən müştərilərə ümumilikdə 7 ədəd qəlyan verilmişdi. “Fədək” çay evinin icarədarı X1 rejimi qaydalarını pozduğunu izah etdikdə o, ucadan nalayıq söyüşlər söyərək etiraz etməyə başladı. Onlar Şəxsi nizam intizama dəvət edərək Rayon Polis Şöbəsinə dəvət etdikdə isə o, onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Ondan sonra Şəxs tərəflərindən Rayon Polis Şöbəsinə gətirildi. Şəxs Rayon Polis Şöbəsinə gətirilən zaman da öz hərəkətlərini davam etdirdi. Məhkəmə iclasında şahid X3 göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 08 dekabr 2021-ci il tarixdə saat 22 radələrində PPXB-nin polis nəfəri Rusif Aslanovla birlikdə Bərdə şəhəri İ. Qaibov küçəsində xidmətdə olan zaman həmin küçədə yerləşən “Fədək” çay evində müştərilərə qəlyan verilərək karantin rejimi qaydalarının pozulduğu tərəflərindən aşkar edilmişdir. Çay evində müxtəlif masalarda əyləşən müştərilərə ümumilikdə 07 ədəd qəlyan verilmişdi. “Fədək” çay evinin icarədarı X1 rejimi qaydalarını pozduğunu izah etdikdə o, ucadan nalayıq söyüşlər söyərək etiraz etməyə başladı. Onlar Şəxsi nizam intizama dəvət edərək Rayon Polis Şöbəsinə dəvət etdikdə isə o, onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Ondan sonra Şəxs tərəflərindən Rayon Polis Şöbəsinə gətirildi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, şahidlərin izahatları, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 08 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarına əsasən “...Koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir. Müvafiq dövlət orqanları qadağanın icrasına ciddi nəzarət edəcəklər.” Həmin qadağanın götürülməsi ilə bağlı heç bir rəsmi sənəd bu vaxtadək qəbul edilməmiş, rəsmi mətbu nəşrlərdə dərc edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri tərkibi olduğundan o, həmin maddələr ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, iş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli MN ******* saylı qərardan görünür ki, Şəxs 20 avqust 2021-ci il tarixdə işlədiyi çay evində qəliyan verərkən karantin qaydalarını pozmuşdur və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Bundan başqa iş materiallarında olan 27 avqust 2020-ci il tarixli 3(021)-854/2020 saylı Bərdə Rayon Məhkəməsinin qərarında görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 26 avqust 2020-ci il tarixdə 10 gün müddətində inzibati həbs tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Məhkəmə xüsusi olaraq onu vurğalamaq istəyir ki, pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Lakin bütün dünya üçün həssas olan belə bir məqamda, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, eləcə də bütün cəmiyyətin bu dövrlə mübarizə çərçivəsində bütün qüvvələrini səfərbər etdikləri zamanda hər hansısa bir şəxsin qanunlara dönə-dönə hörmətsizlik etməsi, vətəndaşların həyat və sağlamlıqlarının qorunmasına münasibətdə biganəlik göstərməsindən başqa, digər şəxslərin məlum virusa yoluxmasına səbəb ola biləcək qəlyan vasitələrinin təklif edilməsi, bununla belə xidməti vəzifəsini icra edən polis əməkdaşlarına müqavimət göstərək öz qanunsuz əməllərinə həqq qazandırması kimi hərəkətləri məhkəmə tərəfindən qəbuledilməz hesab edilir. Qeyd olunduğu kimi Şəxs eyni əmələ görə əvvəllər iki dəfə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq o, bundan nəticə çıxartmamış və həmin qanunsuz əməlini davam etdirərək digər şəxslərin sağlamlığına təhlükə yaradan hərəkətlərə israrlı şəkildə yol vermişdir. Belə olan halda məhkəmə barəsində inzibati icraat aparılan şəxsə, yuxarıda sadalanan halları və faktları, eləcə də onun şəxsiyyətini nəzərə alaraq hər hansısa bir digər yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şəxs Bərdə rayon X8 Təhlükəsizlik Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 09 dekabr 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar