Məhkəmə qərarları › İş №3(021)-1448/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1448/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1448/2023 13.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqıda materiala baxaraq məhkəmə, M ü ə y yə n e t d i: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 05 aprell 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs Daxili İşlər Nazirliyi Baş X4i İdarəsi Bərdə Yol Polisi əməkdaşları tərəfindən tərtib olunmuş inzibati protokolun qanunsuz tərtib olunduğunan bağlı Bərdə Rayon Məhkəməsinə inzibati protokolla bağlı şikayət verib. İş materialları Hakim Fuad Babaşovun icraatına qəbul edilmişdir. Hakim xx.xx.2023-cü il tarixlli qərarı ilə Daxili İşlər Nazirliyi Baş X4i İdarəsi Bərdə Yol Polisi tərəfindən Şəxs Barəsində İXM-in 328.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13817836 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(021)-790/2023 saylı inzibati qərarı ilə razılaşmayaraq Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelliyasiya Məhkəməsinə Apelliyasiya şikayəti vermişdir. İş hakim Salman Hüseynovun icraatına qəbul edilmişdir. Hakim salman Hüseynov xx.xx.2023-cü il tarixdə Apelliyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmənin qayda pozuntusunun qeydə alındığı yerin Gəncə şəhərinə giriş yeri olmasını qeyd etməsi əsassızdır.Belə ki, bu yol Gəncə şəhərinə yolun başlanğıcıdır və şəhərə 7-8 km məsafədə yerləşir. Yol polisi postu sürət nişanı anlamına gəlmir. Post xidmətin həyata keçirdiyi inzibati binadır.Yol hərəkəti haqqında Qanuna əsasən post binasının sürət həddinə təsiri barədə heç bir norma mövcud deyil.Məhkəmənin məntiqi ilə post binaları ətrafında yol nişanları qoyulmasına ehtiyac olmazdı.Zazalı postunun qarşısına 100-200 m məsafədə 60km sürəti aşmağı qadağan edən nişan var. Ancaq bundan sonrakı yol təsir dairəsini itirir.Zazalı postunun qarşısında maksimal sürətin 60 km olması nişandan sonrakı yol ayrıcı qüvvəsini itirir. Apelliyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs apelliyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etdi və şikayətin təmin edilməasini xahiş etdi. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslığını iş materialları ilə əlaqəli şəkildə araşdırıb işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, məhkəmənin qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati materiala əlavə edilmiş EQ 13817836 nömrəli inzibati protokoldan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə cəriməni və dəbbə pulunu qanunla müəyyən edilmiş müddət ərzində dövlət büdcəsinə ödəmədiyi üçün bаrəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü mаddəsi ilə inzibаti xəta törətməsinə dаir prоtоkоl tərtib edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ərizəsini, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-484/2023 saylı qərarınanda görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 05 aprel 2023-cü il tarixli EQ 13817836 saylı qərarı ləğv edildiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Bərdə Rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli İXP-5647593 saylı inzibati xəta haqqında 529.3 maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə protokoluna xitam verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegua və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulanmışdır ki,təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, inandırıcılıq tələbinə uyğun olmalıdır. İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv sürətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarını araşdırmaması birinci inistansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyəşdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.0.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23, 112, 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutараг məhkəmə, Qərarа aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 05 aprel 2023-cü il tarixli EQ 13817836 saylı qərarı gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)- 484/2023 saylı qərarına əsasən ləğv edildiyindən Bərdə Rayon Polis şöbəsinin 09.09..2023 saylı İXP-5647593 saylı 529.3 maddəsinə əasasən tərtib olunmuş eq 13817836 saylı qərarına xitam verilsin. Qərаrın surəti rəsmi qаydаdа verildiyi vаxtdаn 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar