Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-145/2021 04.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuş, orta təhsilli, işləməyən, evli, Bərdə rayonu Qullar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 2311/2019 saylı 12.06.2019-cu il tarixli icra sənədinə əsasən X2 bir uşağın saxlanılması üçün 130 manat aliment pulu ödəməli olduğu halda borcunu ödəməmiş, 1430 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli icra sənədinə əsasən bir uşağın saxlanılması üçün Xalidə Əliyevaya hər ay 130 manat aliment ödəməlidir. Hazırda onun 1430 manat aliment borcu vardır. Heç bir yerdə işləmir, əlavə gəlirləri yoxdur. Qeyd olunan borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Borcunu hissəhissə ödəyə bilər. 04 fevral 2021-ci ildə saat 1430 radələrində icra məmuru barəsində protokol tərtib edərək məhkəməyə gətirmişdir. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1 uşağın saxlanılması üçün hər ay 130 manat aliment alınaraq X2 verilməlidir. İcra sənədi onun icraatındadır. Hazırkı vaxtadək Şəxs 1430 manat aliment borcu vardır. Sonuncu borcunu ödəmədiyindən 04 fevral 2021-ci ildə saat 1430 radələrində barəsində protokol tərtib edilərək Bərdə Rayon Məhkəməsinə gətirilmişdir. Cavabdehin onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(021)- 2311/2019 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, Bərdə rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli 2(021)-905/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldıqdan sonra 28 fevral 20121-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs ayda 130 (bir yüz otuz) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı və icra məmurunun izahatları, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 04 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(021)-2311/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın saxlanılması üçün tələbkar Xalidə Əliyevaya hər ay 130 manat aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, 1430 manat aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan aliment borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 04 fevral 2021-ci ildə saat 1430-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 04 fevral 2021-ci il tarixdən saat 1430-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 528.1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 04 fevral 2021-ci il tarixdən saat 1430-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-145/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-145/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver