Məhkəmə qərarları › İş №3(021)-1453/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1453/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1453/2021 28.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxsbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 26 noyabr 2021-ci il tarixli MN ******* saylı protokoldan müəyyən edilmişdir ki, 26 noyabr 2021-ci il tarixdə saat 16.07-də Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən obyektdə NK-in 29.05.2020-ci il tarixli 189 saylı qərarı pozularaq 7 nəfər şəxsin maska taxmadan okyektdə olması müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etmişdir ki, tərtib edilmiş protokola imza edilməsinə baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus obyektdə olan şəxsin maskasız olması müəyyən edilməsinə baxmayaraq həmin şəxslərin izhatı və kimliyi, vidyo və ya foto görüntüsü, protokolu imzalayan şəxsin həmin obyektə statusu nədən ibarət olması, həmin protokolu imzalamağa səlahiyyətinin olub-olmaması barədə inzibati materiala sənədlər əlavə edilməmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alan məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə olunması üçün əsaslar yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: Həmin Məcəllənin 100.1.3-cü bəndində əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati materiala əlavə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran məhkəmə hesab edir ki, Şəxsbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş, inzibati xəta haqqında material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə geri qaytarılsın. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar