Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-146/2025 01.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon Polis Şöbəsi YPB-nin nümayəndəsi X2, şikayətçi X1 iştirakı ilə, xx.xx.1979-cu ildə Bərdə rayonunda doğulmuş, ailəli, “Azəriqaz” İB-də nəzarətçi işləyən, Bərdə rayonu Gərənə kəndində qeyiyyatda olmaqla yaşayan X1 barəsində Bərdə RPŞ-nin YPB-nin 4 mart 2025-ci il tarixli EQ 26423011 saylı qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bərdə RPŞ-nin YPB-nin 4 mart 2025-ci il tarixli EQ 26423011 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törtədiyindən, onun barəsində 100 manat məbləğində cərimə növündə cəza təyin edilmişdir. X3 şikayət verərək, Bərdə RPŞ-nin YPB-nin 4 mart 2025-ci il tarixli EQ 26423011 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon X6 X9 tərəfindən 4 mart 2025-ci il tarixində EQ 26423011 saylı qərarına əsasən 100 manat və 3 bal ilə cərimə yazılıb. Bildirir ki, qarşısından dövnən maşının səhv manevr etməsinə görə yazılan cərimə onun idarə etdiyi ** HJ *** qeydiyyat nişanlı avtomobilinə səhvən olaraq göndərilmişdir. Bərdə Rayon X6 X9nin 4 mart 2025-ci il tarixli EQ26423011 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 bildirdi ki, Bərdə Rayon Polis Şöbəsinin YPB-nin qərarında olan anlaşılmzalıq aradan qaldırılmışdır, məhkəmə iclasına qədər nümayəndə ilə görüşmüş, video görüntüyə baxışmış, baş vermiş inzibati xəta üzrə təqsirli olduğunu anlamışdır. Beləliklə məsələyə aydınlıq gətirilmişdir. Buna görə də Bərdə RPŞ-nin YPB-nin 4 mart 2025-ci il tarixli EQ 26423011 saylı qərardan verdiyi şikayətinə baxılmasını istəmir, şikayətin geri qaytarılmasını xahiş etmişdir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Bərdə rayon Polis Şöbəsi YPB-nin nümayəndəsi X4 şikayətin baxılmadan geri qaytarılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri, həmçinin işdə olan materialı tam və hərtərəfli araşdıraraq, hesab edir ki, X3 tərəfindən Bərdə RPŞ-nin YPB-nin 4 mart 2025-ci il tarixli EQ 26423011 saylı qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X3 məhkəməyə ərizə verərək, törədilmiş inzibati xəta üzrə icraatda özünü təqsirli bildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Bərdə RPŞ-nin YPB-nin 4 mart 2025-ci il tarixli EQ 26423011 saylı qərarının ləğv edilməsinə dair X3 tərəfindən verilən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-146/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-146/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver