Məhkəmə qərarları › İş №3(021)-1463/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1463/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1463/2021 15.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vafiq oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon icra və probasiya şöbsinin icra məmuru X7, zərərçəkmiş şəxs X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1962-ci ildə, Ağdam rayonu, Qiyaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 48 (kirayədə) yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və probasiya Şöbəsində (Bundan sonra Bərdə RİPŞ) 15 dekabr 2021-ci il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o, Ağdam Rayon Məhkəməsinin 2(013)-527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzürlü səbəbdən icra etməmişdir və nəticədə əmlak üzrə 2868 manat ödənilməmiş pul borcu yaranmışdır. Bununlada Şəxs İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi, Bərdə RİPŞ-nin icra məmuru X7 çıxış edərək göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 3108 manat alınaraq X4 verilməsi qət edilmişdir.İcra sənədi qanuni qüvvəsini aldığından icra edilməsi üçün Bərdə RİPŞ-nə göndərilmiş və 13.04.2021-ci il tarixdə tərəfindən Ağdam Rayon Məhkəməsinin 2(013)- 527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs və digərinin barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifai xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməmiş və icra sənədi üzrə 3850 manatı tələbkarın xeyirinə ödəməkdən yayınmışdır. Borclu 15.12.2021-ci il tarixdə Bərdə RİPŞ-nə çağırılmış və barəsində MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə gətirilmişdir. Borclunun bu günədək tələbkarın xeyirinə ödəniş etməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək izahatında göstərdi ki, o, Ağdam Rayon Məhkəməsinin 2(013)-527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədi üzrə 3108 manat pulu X4 verməlidir. Ümumi borcundan qismən ödəmiş etmiş hazırda tələbkara 2868 manat ödəniməmiş borccu qalmışdır. Hazırda borcunu ödəmə maddi imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 çıxış edərək bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 3108 manat alınaraq ona verilməlidir. Borclunun hazırda 2868 manat ödənilməmiş borcu qalmışdır. Borclu həmin borcunu ödəmir. Ona görə də şikayətçidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Ağdam Rayon Məhkəməsinin 2(013)-527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs 3108 manat alınaraq X4 ödənilməlidir. Bərdə RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş 15.12.2021-ci il tarixli, MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs tələbkara əmlak üzrə 2868 manat borcu yaranmışdır. Bərdə RİPŞ-nin icra məmurunun 13.04.2021-ci il tarixli qərarının surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədinin əsasında Şəxs barəsində icraat başlanmışdır. Həmin tarixli bildirişin surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədindən irəli gələn ötəlikləri, yani icra sənədi üzrə yaranmış pul borcunu könüllü icra etməsi üçün borclulara 10 gün müddətində vaxt verilmişdir. Bərdə Rayon Məhkəməsinin 3(021)-828/2021 nömrəli, 20.08.2021-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)- 527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədindən irəli gələn ötəlikləri yerinə yetirmədiyi üçün İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilmişdir. Bərdə RİPŞ-nin icra məmurunun 11.10.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədindən irəli gələn ötəlikləri, yani icra sənədi üzrə yaranmış pul borcunu könüllü icra etməsi üçün borclulara 10 gün müddətində vaxt verilməsi, verilən müddət ərzində icranı könüllü icra etmədiyi halda icra tədbirləri məcburi qaydada həyata keçiriləcəyi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, əmlakının üzərinə həbsin qoyulması, tələbin gəlirinə yönələcəyi, məcburi qaydada məhkəməyə gətiriləcəyi, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. 25.09.2021, 01.10.2021, 27.10.2021, 26.11.2021-ci il tarixli ödəniş qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən X3 xeyirinə 240 manat ödəniş etmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-527/2021 saylı, 04.03.2021-ci il tarixli icra sənədi üzrə tələbkara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə icraata başlanıldığı tarixdən bu günə kimi kifayət qədər uzun müddət (9 ay) keçməsinə baxmayaraq, borcundan heç bir ödəniş etməmiş, ona dəfələrlə xəbərdarlıq edilsə də borcu ödəməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədi üzrə borcun ödənilməməsinə hansısa qərəzsiz münasibətindən söhbət gedə bilməz. Eyni səbəbdən məhkəmə onun icra sənədi üzrə borcunu yaxın gələcəkdə tam qaytaracağını da inandırıcı hesab etmir. Beləliklə, iş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, borclu uzun müddət (9 aydan çox) keçməsinə baxmayaraq, kifayət qədər yüksək məbləğdə olan (2868 manat) borcunu ödəməmişdir. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 15 dekabr 2021-ci il tаrixdən, sааt 12:15-dən hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib edən şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 3(021)-1463/2021 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “05” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ ________ Poçt indeksi: AZ 0900, Tel: (020) 205-04-80; Faks: ***-**-** Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan İş № 3(021)-1463/2021 «15» dekabr 2021-cu il Bərdə rayon Polis Şöbəsinin rəisi cənab Muradəli Babayevə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 3(021)-1463/2021 nömrəli qərarından çıxarışın surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərardan çıxarışın surəti “01” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov İş № 3(021)-1463/2021 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN Q Ə R А RDAN ÇİXARİŞ (inzibаti xətа hаqqindа iş üzrə) Bərdə Rаyоn Məhkəməsi 15 dekabr 2021-ci il Bərdə şəhəri. Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirаkları ilə, xx.xx.1962-ci ildə, Ağdam rayonu, Qiyaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olub, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 8-də yaşayan Şəxs (AA*******) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 15 dekabr 2021-ci il tаrixdən, sааt 12:15-dən hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokolu tərtib edən şəxsə və zərərçəkmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Pоlis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar