Məhkəmə qərarları › İş №3(021)-1469/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1469/2021

18.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1469/2021 18.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X5 katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxx 1988-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-268 saylı 31 avqust 2021-ci il tarixli icra sənədi üzrə 1540 manat aliment borcunu ödəməmiş, 1540 manat aliment borcunu ödəməkdən yayınmış, icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli icra sənədinə əsasən X3 2 uşağın saxlanılması üçün hər ay hər uşağa 110 manat aliment ödəməlidir. X8 1540 manat aliment borcu vardır. Heç bir yerdə işləmir, fəhləliklə məşğul olur. Aliment borcunu ödəməyə imkanı yoxdur. Borcunu ödəmədiyindən barəsində axtarış verilmiş və 17 dekabr 2021-ci il tarixdə saat 16 radələrində tutularaq Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 2 uşağın saxlanılması üçün hər uşağa 110 manat məbləğində aliment tutularaq X3 verilməlidir. İcra sənədi onun icraatındadır. Hazırkı vaxtadək Şəxs 1540 manat məbləğində ödənilməmiş aliment borcu qalmış, borclu icra sənədinin icrasından boyun qaçırmışdır. Sonuncu barəsində axtarış elan edilmiş, 17 dekabr 2021-ci ildə saat 1600 radələrində saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Borclunun onun qanuni tələblərinə tabe olmadığını, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etmədiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(021)-768/2021 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahından doğulmuş 08.11.2014-cü il təvəlüdlü X6 və 08.11.2016-cı il təvəlüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 19 may 2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması qət edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli 2(021)-768/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağın saxlanılması üçün hər ay hər uşaq üçün tələbkar Lamiyə Qələndərovaya 110 manat aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, 1540 manat aliment borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 17 dekabr 2021-ci ildə saat 1600-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 17 dekabr 2021-ci il tarixdən saat 1600-dan hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 528.1, 360,362- 365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 17 dekabr 2021-ci il tarixdən saat 1600-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar