Məhkəmə qərarları › İş №3(021)-147/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-147/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-147/2025 14.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun hakimliyi, X3 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxslər X1 və X5 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağdam rayonu, Qalayçılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025 il tarixdə uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş yüksək səslə nalayiq sözlər işlətmişdir. Şəxs polis şöbəsinə dəvət etsələr də, narazılığını bildirmiş və qaçmağa başlamışdır. Sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 rədələrində Bərdə şəhəri Koroğlu küçəsində yerləşən Qəhrəmanlar parkının qarşısında mobil telefonu ilə danışarkən yüksək səslə nalayiq ifadələr işlətmişdir. Onun müşahidəsinə əsasən ətrafdakı insanlar bundan narahatçılıq keçirmişlər. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, onu polis şöbəsinə dəvət etmişlər, qorxusundan polis şöbəsinə getmək istəməmişdir, ona görə onları itələyərək qaçmaq istəmişdir. Lakin onu tutaraq polis şöbəsinə gətirmişlər. Etdiyi əməlindən peşmandır. Məhkəmədən ədalətli qərar tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 rədələrində Bərdə şəhəri Koroğlu küçəsində yerləşən Qəhrəmanlar parkının qarşısında Şəxs mobil telefonu ilə danışarkən yüksək səslə nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət edərək, onu polis şöbəsinə dəvət etmişlər. Onlara əvvəl tabe olmamışdır, polis şöbəsinə getmək istəmədiyindən onu polis şöbəsinə gətirmişlər. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 rədələrində Bərdə şəhəri Koroğlu küçəsində yerləşən Qəhrəmanlar parkının qarşısında mobil telefonu ilə danışarkən yüksək səslə nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət edərək, onu polis şöbəsinə dəvət etmişlər. Onlara əvvəl tabe olmamışdır, sonra onlarla polis şöbəsinə getmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmişlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Qeyd olunmalıdır ki, iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Şəxs PPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla İXM-nin 535.1-ci maddəsində göstərilmiş inzibati xətanı törədir. Bundan əvvəl isə onun tərəfindən ictimai yerdə uca səslə nalayiq ifadələr işlədilməsi ictimai qaydanın pozulması hesab olunmaqla İXM-nin 510-cu maddəsini tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-1-ci maddəsinə istinadən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-nin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin.

2. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın.

3. İnzibati həbs etmənin əvvəli 13 mart 2025-ci il tarixdən saat 18:00-dan hesablansın.

4. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin.

5. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar