Məhkəmə qərarları › İş №3(021)-1473/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1473/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1473/2022 18.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, Bərdə rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 334.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:39 radələrində Bərdə rayonu, Lək kəndi ərazisində Şəxs VAZ 21061 markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq sistemindən düzgün istifadə etmədyi üçün X1 əməkdaşları Rabil Sadıqov və Nahid Aşuralıyev tərəfindən saxlanılmış, sənədlərinin yoxlanılması aparılarkən sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs sükandan kənarlaşdırılaraq VAZ 21061 markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən X2 Bölməsinin inzibati binasının qarşısında X2 əməkdaşları Rabil Sadıqov və Samir Mustafayevin ünvanına nəlayiq ifadələr işlədərək, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və onların iş fəaliyyətlərinə maneçilik törətmişdir. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən birləşdirilərək bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1473/2022 saylı və 3(021)-1474/2022 saylı inzibati xəta haqqında işlər birləşdirilərək bir icraatda baxılsın. İşə 18 noyabr 2022 il tarixdə, saat 17:30-da Bərdə Rayon Məhkəməsinin inzibati binasında tərəflərin iştirakları ilə baxılsın. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar