Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1476/2021 22.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxx 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, evli, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis şöbəsindən daxil olmuş MN ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs 21 dekabr 2021-ci ildə saat Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən Çinar restoranının qarşısında xuliqanlıq edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməmiş və izahat verib bildirmişdir ki, 21 dekabr 2021-ci ildə həmkəndlisi X2 ilə Bərdə şəhərində yerləşən Çinar restoranına gedərək yeyib-içmişlər. Sərxoş olduğundan həmkəndlisi Hüseynalı Cavadovla mübahisə edərək yüksək səslə danışmışdır. Həmin vaxt ora polis əməkdaşları gəlmiş və onu intizama dəvət edərək səsküy salmamasını bildirmişlər. Sərxoş olduğundan polisin qanuni tələblərinə tabe olmayaraq polis əməkdaşları ilə mübahisə etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək, ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə saat 1930 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində xidmətdə olarkən Çinar restoranının qarşısında iki nəfər şəxsin mübahisə etdiyini görmüş və həmin şəxslərə yaxınlaşaraq onları intizama dəvət edərək səs-küy salmamalarını bildirmişlər. Həmin vaxt Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətini davam etdirmişdir. Məhkəmə iclasında şahid X1 şahid Vadim Səfərovun göstərdiklərini bir daha təsdiq etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* saylı 21 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolla, şahidlərin izahatları və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 16465 saylı 21 dekabr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, Şəxs orta dərəcə alkoqol sərxoşluğu olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Onun məsuliyyətini yüngülləşdirən hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarında olan 3110 saylı 21 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs 21 dekabr 2021-ci il tarixdə saat 1940-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halı nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 23, 357, 360, 362, 365, 425-426 430-432-ci maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 21 dekabr 2021-ci il tarixdən saat 1940-dan hesablansın. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1476/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1476/2021
22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver