Məhkəmə qərarları › İş №3(021)-1477/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1477/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1477/2022 02.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X5 X6 İXP ******* saylı, 04 noyabr 2022-ci il tarixli protokolundan və TP ******* saylı, 14 noyabr 2022-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X5 X8 tərəfindən TP ******* saylı, 14 noyabr 2022-ci il tarixli qərar ilə X2 barəsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət verərək, Xİİİ tağım YPX inspektoru polis kiçik serjantı X3 xx.xx.2022-ci il tarixli iXP ******* nömrəli protokolu və onun əsasında qəbul edilmiş Daxili İşlər Nazirliyinin Bərdə rayonu Dövlət X6 14 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və onun əməlində inzibati xəta hadisəsi olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Xİİİ tağım YPX inspektoru polis kiçik serjantı X3 xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərarda buna əsas kimi göstərilmişdir ki, guya, o, xx.xx.2022-ci il tarixdə saat 10:42-də Mingəçevir-Bəhramtəpə yolunun 66-ci km-də "əks istiqamətli hərəkət zolağına Çıxmaqla ötmə qaydalarını pozmuşdur" və buna görə də inzibati xəta törətmişdir. Daha sonra Bərdə rayonu DYPB tərəfindən barəsində 14 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, onun barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, xx.xx.2022ci il tarixdə heç bir yol hərəkəti qaydasını pozmamışdır. Bunu avtomaşınında olan şahid də təsdiq edə bilər. Bundan başqa, barəmdə qəbul edilmiş qərarın verildiyi yer və vaxt barədə məlumatı olmamışdır. Qərar qəbul etmiş orqana və şikayətçiyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidmətinin İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokolundan və TP ******* saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X1 əməlində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İşə əlavə edilmiş AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1985-ci ildə anadan olmuşdur. Məhkəmə qeyd edir ki, X2 xx.xx.2022-ci il tarixdə saat 10:42 radələrində “VAZ 21214” markalı 99KS579 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmadığını bildirsədə bunu sübut edə bilməmişdir. X2 məhkəmə iclasında iştirak etəməmiş və TP ******* saylı, 14 noyabr 2022-ci il tarixli qərarın ləğv edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X1 şikayəti təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, protokoldan şikayət qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, protokola baxışa münasibətdə məhkəmə predmeti deyil. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X5 X6 TP ******* saylı, 14 noyabr 2022-ci il tarixli qərarından X1 verdiyi şikayət təmin edilməsin, TP ******* saylı, 14 noyabr 2022-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar