Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-148/2024 04.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, DİN BDYPİ polis polkovnik leytenantı X3 27 oktyabr 2023-cü il tarixli, EQ 17716192 nömrəli qərarından məhkəməyə şikayət vermək üçün müddətin bərpa edilməsinə dair X4 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DİN BDYPİ polis polkovnik leytenantı X5 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 17716192 nömrəli qərardan görünür ki, X6 İXM-in 469.3 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X6 məhkəməyə şikayət verərək barəsində qəbul edilmiş qərarının ləğv edilməsini xahiş etmişdir. X1 məhkəməyə vəsatət verərək, AR DYP-in xx.xx.2023 tarixli EQ17716192 saylı qərardan şikayət verilməsi üçün AR İXM-nin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş 20 günlük müddətin X7 tərəfindən buraxılmış bu müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, AR İXM-nin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqan və ya məhkəməyə şikayət verilməsi müddəti "DYP" tərəfindən qəbul edilmiş xx.xx.2023 tarixli EQ17716192 saylı qərarda buraxılmışdır. Səbəbi - dəfələrdə yuxarı orqan BDYPİ-in rəsmi saytıa yazılı müraciət, 902 və 102 qaynar xəttinə dəfələrdə şikayət edib görüntü tələb etməmə baxmayaraq uzun müddət keçsə belə heç bir geri dönüşün olmamasıdır. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-in 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. X6 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək iclasda üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işin başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin orqan öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan prosessual müddətin bərpa edilməsinə dair vəsatəti, işdə olan materialları nəzərədən keçirib hesab edir ki, vəsatət təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı, 16038166 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 – xx.xx.1999-cu il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Məhkəmə qeyd edir ki, X6 həmin qərarından xəbəri olmuş, lakin heç bir üzürlü səbəb olmadan şikayət verməmiş və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Həmçinin, qərardan şikayət vermə müddətinin ötürülməsinin üzürlü olmasına dair sübutlar da vəsatət və şikayətə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin müddətin bərpasına dair vəsatətində qeyd etdikləri inandırıcı deyil və həqiqəti əks etdirmir. Odur ki, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X6 tərəfindən şikayət vermə müddəti üzürsüz səbəbdən ötürdüyündən ərizə təmin oluna bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilməsi zamanı hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması və s.) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARAALDİ: DİN BDYPİ polis polkovnik leytenantı X3 27 oktyabr 2023-cü il tarixli, EQ 17716192 nömrəli qərarından məhkəməyə şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair X4 vəsatəti (ərizəsi) təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-148/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-148/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver