Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1480/2021 23.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci il tarixdə Bərdə şəhərində doğulmuş, evli, orta təhsilli, işsiz, Bərdə şəhəri, M.F.Axundov küçəsi ev 6 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 22 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri Narkoloji dispanserin 1538 saylı rəyinə əsasən şəxsi istehlak miqdarında narkotik vasitə olan kannobinoid əldə etmiş və istifadə etmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis kapitanı X4 bildirmişdir ki, Bərdə şəhəri Axundov küçəsi ev 6 qeydiyyatda olan Şəxs Gəncə şəhəri narkoloji dispanserdə narkotik vasitələrin qəbulu ilə bağlı muayinədən keçmək üçün Gəncə şəhəri Narkoloji disponserə aparılmış, 1538 saylı rəy alınaraq materiala əlavə olunmuşdur. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs ifadə verərək göstərmişdir ki, Bərdə şəhəri Axundov küçəsi ev 6 yaşayır, heç bir yerdə işləmir, X3 onun həyat yoldaşıdır. Birgə nikahdan 2 övladı vardır. O, həyat yoldaşı Aygün Hacıyevanın müraciəti ilə bağlı bildirmişdir ki, təxminən 20 ildir ki, ara-sıra narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. Sonuncu dəfə təxminən bir neçə gün öncə yaşadığı evin həyatyani sahəsində olarkən marixuanadan istifadə etmişdir. O həmin narkotik vasitəni (marixuananı) səhətində olan narahatlığa görə istifadə etmişdir. Həyat yoldaşı Aygünlə heç bir mübahisə olmamışdır. O Aygün Hacıyevanı narahat etməmiş və ölümlə hədələməmişdir. Əməlindən peşimançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 ifadə vərərək, Şəxs narkotik vasitə istifadəçisidir. O narkotik vasitənin təsiri altında olanda yaşadıqları evdə onunla mütamadi olaraq mübahisə etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində cinayət işi başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Bərdə rayon polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin narkoloji-tibbi ekspertizasının 22 dekabr 2021-cu il tarixli 1538 nömrəli rəyindən müəyyən olunur ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin, barəsində inzibati icraat aparılan şəxs Şəxs və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə inzibati xəta haqqında 23 dekabr 2021-ci il tarixli MN ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası inzibati cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs əvvəllər heç bir inzibati məsuliyyətə cəlb edilməməsini, əməlindən səmimi peşman olmasını nəzərə almaqla ona inzibati cərimə tənbeh tədbirini tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 360,362-365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRAR ALDİ İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1480/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1480/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver