Məhkəmə qərarları › İş №3(021)-1483/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1483/2021

25.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1483/2021 25.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun iclas katibliyi, Bərdə RPŞ-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azay oğlunun iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağdam rayon Başqərvənd kəndində anadan olmuş, Ağdam rayonu Başqərvənd kəndində qeydiyyatda olub, Bərdə şəhər 588 saylı qəsəbədə yaşayan Şəxs Azay oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs Azay oğlu İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 25 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Azay oğlu 24 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayon 588 saylı qəsəbənin ərazisində “İki Qardaş” adlanan çayxananın həyətində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs Azay oğlu 24 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayon 588 saylı qəsəbənin ərazisində “İki Qardaş” adlanan çayxananın həyətində istintaq məlumatı əsasında saxlayan zaman onlara müqavimət götərərək onları təhqir etmiş və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azay oğlu izahatında əməlindən peşman olduğunu bildirərək məhkəmədən bağışlanmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X6 oğlu izahatında göstərdi ki, istintaq işi ilə bağlı 24 dekabr 2021-ci il tarixdə Ağdam rayon sakini “Çolpa” ləqəbli şəxs Şəxs Azay oğlunun dindirilməsi üçün Bərdə rayonunda yerləşən 588 saylı qəsəbəyə getmiş, çayxanada izahat almaq mümkün olmadığından onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman Şəxs polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq onları təhqir edərək fiziki zor göstərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin cinyət axtarış bölməsinin əməliyyat müvəkkili X8 oğlu izahatında şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X6 oğlu ilə eyni məzmunlu izahat verərərk onun dediklərini təsdiqlədi. İşdə olan 25.12.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azay oğlu 24 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayon 588 saylı qəsəbənin ərazisində “İki Qardaş” adlanan çayxananın həyətində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, polis əməkdaşnın izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azay oğlunun Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azay oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs Azay oğluna inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azay oğlunun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azay oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs Azay oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs Azay oğlunun törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Şəxs Azay oğlu İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 24 dekabr 2021-ci il tarixdən, saat 21:20-dən hesablansın. Şəxs Azay oğlu Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti elan edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar