Məhkəmə qərarları › İş №3(021)-1489/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1489/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1489/2021 28.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, Bərdə RPŞ-nin sahə rəisi X15 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və vəkili X1 iştirаkları ilə, xx.xx.1968-ci il tarixdə Bərdə rayon Kətəlparaq kəndində anаdаn оlmuş, Bərdə rayon Kətəlparaq kəndində yаşаyаn Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs oğlu İXM-in 535.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 28 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs oğlu 28.12.2021-ci il tarixdə saat 12 radələrində Bərdə rayon Kələntərli kəndində X8, X5, X10 ilə mübahisə edən zaman onun hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin sahə rəisi X15 oğlu bildirdi ki, Şəxs oğlu 28.12.2021-ci il tarixdə saat 12 radələrində Bərdə rayon Kələntərli kəndində X8, X5, X10 ilə mübahisə edən zaman onun hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirdi ki, polis əməkdaşlarına müqavimət göstərməmişdir. İşin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun vəkili X6 işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Bərdə RPŞ-nin əməkdaşı Bayramov Vüsal İsmayıl oğlu bildirdi ki, onlara məlumat daxil olduğundan hadisə yerinə getmişlər və bu zaman Şəxs oğlunun X8, X5, X10 ilə mübahisə edən zaman onun hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs oğlu törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə RPŞ-nin sahə rəisi polis X7 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs oğlu 28.12.2021-ci il tarixdə saat 12 radələrində Bərdə rayon Kələntərli kəndində X8, X5, X10 ilə mübahisə edən zaman onun hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə hesаb edir ki, inzibаti xətа törətmiş şəxs Şəxs oğlu İXM-in 535.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 28.12.2021-ci il tarixdə saat 12 radələrində onu nizam intizama dəvət edən polis işçilərinə tabesizlik göstərmişdir. Bundan sonra onun barəsində İXM-in 535.1-ci maddəsi ilə 28.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi təbiq edilməlidir. Məhkəmə qeyd edir ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, barəsində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 200 manat cərimə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti Bərdə Rayon Polis Şöbəsinə və inzibati xəta törətmiş şəxsə təqdim edilsin Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar