Məhkəmə qərarları › İş №3(021)-149/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-149/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-149/2024 11.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, xx.xx.1987-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, subay, Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528-1.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 23 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(021)-149/2024 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində axtarış elan edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tutularaq Bərdə rayon Məhkəməsinin sərəncamına verilənədək iş üzrə icraatın dayandırılması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə tapşırılması qərara alınmışdır. Daha sonra Bərdə rayon icra və probasiya şöbəsindən 28 fevral 2024-cü il tarixdə daxil olmuş 27 fevral 2024-cü il tarixli, 132502/04 nömrəli vəsatətdən görünür ki, iş üzrə borclu Şəxs qərar üzrə üzərinə düşən borcu tam ödəyərək qəbzləri Bərdə rayon icra və probasiya şöbəsinə təqdim etmişdir. Buna görə icra məmuru borclu Şəxs barəsində tərtib edilmiş inzibati protokolun baxılmamış geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazimi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528-1.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, protokolu tərtib edən orqan protokolun geri qaytarılmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, protokol və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də məhkəmə inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar