Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1490/2022 28.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 529.4-cü mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində İXM-nin 529.4-cü mаddəsi ilə 28 noyabr 2022-ci il tarixdə tərtib olunmuş MN1062257 nömrəli protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı ilə İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 240 saat ictimai işlər tanbehi tətbiq edilmiş və inzibati xəta törədən şəxs tətbiq edilmiş ictimai işlər cəzasını çəkməkdən yayınmışdır. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXMin 529.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə material (protokol və digər sənədlər) icraata qəbul edilmədən Bərdə rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. İXM-in 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən İXM-in 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; 2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in müvafiq maddələrinin tələbləri pozulmuş, protokol düzgün tərtib edilməmişdir. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-in 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İşdən isə müəyyən edilir ki, inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verilməsi barədə də iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini təsdiq edən sənədin surəti, o cümlədən fərdi identifikasiya nömrəsi, habelə İXM-in 16.2-ci maddəsinə əsasən inzibati xəta törədən şəxs yetkinlik yaşına çatmadığından on səkkiz yaşınadək şəxslər barəsindəki yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilməməsinə və onun inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyünə dair rəy inzibati xəta haqqında işin materiallarına əlavə edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta törədən Şəxs xx.xx.2005-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır. Həmçinin, İXM-nin 34-1-ci maddəsinə əsasən inzibati xəta törədən şəxs barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin mümkünlüyü məqsədilə Şəxs əmək fəaliyyəti ilə məşğul olması (işləməsi) və ya gəlir əldə etməsinə dair sənəd iş materiallarına əlavə edilməli idi, lakin icra məmuru tərəfindən bu barədə də heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. İXM-nin 34-1-ci maddəsinə əsasən bu məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. İXM-in 100.1.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in yuxarıda göstərilən tələbləri pozulmuşdur ki, bu hal inzibati işin icraata qəbul edilməsini qeyrimümkün edir. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana Bərdə rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1490/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1490/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver