Məhkəmə qərarları › İş №3(021)-1492/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1492/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1492/2022 29.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Bərdə rayon X14 Yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, 18 avqust 1993-cü il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаları törətməsinə dair Bərdə rayon Polis Şöbəsində 29 noyabr 2022-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclаsındа Bərdə rayon X14 Yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru X6 izahatında bildirmişdir ki, 15 avqust 2022-ci “Mercedes Benz E240” minik markalı ** TD *** nömrəli avtomobil hərəkət edərkən Bərdə şəhəri H.Əliyev prospekti ilə Sənayə küçəsinin kəsişməsində yaşayış binasının arasından çıxıb Sənayə küçəsi ilə hərəkətə davam etmək istəmiş və yola çıxdıqda, sağ tərəfdən gələn H.Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan “Vaz 21099” markalı avtomobilin qabaq sol tərəfindən dəymişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, ** ZO *** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobil ona məxsusdur. 15 avqust 2022-ci il tarixdə saat 14:30 radələrindən o, idarə etdiyi ** ZO *** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı Bərdə şəhəri, H. Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində saatda 30-40 km sürətlə hərəkət etmişdir. Onun avtomobilində həyat yoldaşı X17, oğlu X7 və qızı X3 olmuşdur. Şölə qarşıda, uşaqları isə arxada əyləşmişlər. Onun avtomobilindən qarşıda və arxada nəqliyyat vasitələri hərəkətdə olmuşdur. Sənayə küçəsinin yanında olan işıqforu keçən zaman, işıqfor nasaz olmuşdur. Həmin vaxt sol tərəfdən “Mercedes” markalı nəqliyyat vasitəsi qəflətən yola çıxıb onun avtomobilinin qabaq sol tərəfindən vurmuşdur. Həmin vaxt toqquşmanın zərbəsindən avtomobili 10 metr irəliyə getmişdir. O avtomobildən düşmüş, ailə üzvləriylə maraqlanmışdır. Mercedes markalı avtomobilin sürücüsü də avtomobili yoldan çıxardaraq kənarda saxlamış, hadisə yerinə təcili tibbi yardım çağırmışdır. O sağ dizindən xəsarət almışdır. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək izahatında göstərdi ki, o 15 avqust 2022-ci “Mercedes Benz E240” minik markalı ** TD *** nömrəli avtomobil hərəkət edərkən Bərdə şəhəri H.Əliyev prospekti ilə Sənayə küçəsinin kəsişməsində yaşayış binasının arasından çıxıb Sənayə küçəsi ilə hərəkətə davam etmək istəmiş və yola çıxdıqda, sağ tərəfdən gələn H.Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan “Vaz 21099” markalı avtomobilin qabaq sol tərəfindən dəymişdir. Həmin vaxt onun idarə etdiyi avtomobil toqquşma yerində qalmış, “VAZ21099” markalı avtomobil isə 5-10 metr qabağa getmişdir. Daha sonra o yolu kəsməmək üçün avtomobili “VAZ21099” markalı avtomobilinn arxasında dayandırmışdır. O avtomobildən düşdükdən sonra onların yanına getmiş və sağlamlıqları ilə maraqlanmışdır. Həmin vaxt onlara heçnə olmamış, həmçinin o da xəsarət almamışdır. Odur ki, məhkəmədən barəsində mümkün qədər yüngül tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsində tərtib edilmiş 29 noyabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında prоtоkоldan görünür ki, Şəxs sürücülük hüququ olmadan 15 avqust 2022-ci il tarixdə saat 14:30 radələrində “Mercedes Benz E240” minik markalı ** TD *** nömrəli avtomobillə hərəkət edərkən Bərdə şəhəri H.Əliyev prospekti ilə Sənayə küçəsinin kəsişməsində yaşayış binasının arasından çıxıb Sənayə küçəsi ilə hərəkətə davam etmək istəyib yola çıxdıqda, sağ tərəfdən gələn H.Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan “Vaz 21099” markalı avtomobilin qabaq sol tərəfindən dəymişdir. Zərərçəkmiş şəxs X4 maddi zərər vurmasına səbəb olmuşdur. İş materiallarından görünür ki, Şəxs sürücülük vəsiqəsi yoxdur, “Mercedes Benz E240” markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur və etibarnamə ilə Şəxs atası X9 etibar edilibdir. Hadisə zamanı Şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT birliyinin Bərdə rayon şöbəsindən verilmiş 25 avqust 2022-ci il tarixli, 635 saylı ekspert rəyində qeyd olunur ki, X12 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət-sol bazunun orta 1/3-nin bayır səthinin qançırı küt əşyanıın təsirindən törənmişdir. Törənmə müddəti 15 avqust 2022-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT birliyinin Bərdə rayon şöbəsindən verilmiş 30 avqust 2022-ci il tarixli, 636 saylı ekspert rəyində qeyd olunur ki, X1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət- sağ diz oynağının küt travması, hərəkət məhdudluğu, sol bazunun yuxarı 1/3-nin arxa bayır səthinin, sağ diz oynağının ön səthinin,sağ baldırın orta 1/3-nin bayır səthinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti 15 avqust 2022-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bundan sonra onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 29 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. Həmin məcəllənin 332.4-cü maddəsinə əsaəsn bu məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs sürücülük hüququ olmadan 15 avqust 2022-ci il tarixdə saat 14:30 radələrində “Mercedes Benz E240” minik markalı ** TD *** nömrəli avtomobillə hərəkət edərkən Bərdə şəhəri H.Əliyev prospekti ilə Sənayə küçəsinin kəsişməsində yaşayış binasının arasından çıxıb Sənayə küçəsi ilə hərəkətə davam etmək istəmiş və yola çıxdıqda, sağ tərəfdən gələn H.Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan “Vaz 21099” markalı avtomobilin qabaq sol tərəfindən toqquşaraq zərərçəkmiş şəxs X4 maddi zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iş üzrə protokol tərtib edən şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilməklə təqsirli bilinməli və və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə barəsində tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddəsi ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə və ya bilvasitə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar